“Demək olmaz ki, xəstəliyin sayının artmasının səbəbi yalnız məktəbdir” Yaqut Qarayeva

Cəmiyyət 12:34 16.10.2020

“Birmənalı olaraq demək olmaz ki, xəstəliyin sayının artmasının səbəbi yalnız məktəbdir və ya sadəcə ictimai nəqliyyatdır”. 

Eurasia Diary-nin APA-ya istinadən məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Tədbirlər Planı hazırlananda və tədbirlər görüləndə bir neçə istiqamətdə iş aparılır: “Koronavirusla mübarizə baxımından hamımız rahatlamışdıq. Bunu yalnız məktəblərdə aparılan dərslərlə bağlamaq olmaz, bu, bizim hər birimizə aiddir. Məktəbdə işləyən müəllimlərin də ailə üzvləri var, hansı ki, onlar da ictimai nəqliyyatdan istifadə edir, ayrı-ayrı müəssisələrdə işləyirlər və s. Onlar da bu infeksiyanı gətirib məktəbdə işləyən müəllimi yoluxdura bilərlər. Virusun coğrafiyasından danışanda, bildiyiniz kimi, biz lokal qapanmalara getmişik. Bunun əsasında da görə bilərsiniz ki, hansı bölgələrdə hazırda ciddi yoluxmalar var. Hansısa rayonda, kənddə yoluxmanın çoxluğunu aşkarlayanda, çalışırıq, tez bir zamanda o yeri bağlayaq ki, yayılma başqa bölgələrimizdə baş verməsin. 

Şöbə müdiri qeyd edib ki, yoluxmalarla əlaqəli dalğa termini mediada çox istifadə olunur.

"Epidemioloji olaraq dalğa terminindən istifadə etməməyə çalışılır: "Bilirsiz ki, sentyabrı nisbi olaraq rahat keçirtmişdik. Bizim yoluxma sayımız 100-ün ətrafında olub. Artıq yoluxma sayının artmasını deyə bilərik. Payız-qış mövsümünün gəlməsi, havaların soyuması ilə əlaqədar ümumiyyətlə hər zaman respirator virus infeksiyasiyalarına yoluxma saylarında artma müşahidə olunur. Bu, əslində gözlənilən və proqnozlaşdırılan bir artış idi.

Onun sözlərinə görə, test sayları həftə sonu azalır.

"Test sayları pozitiv xəstələrin təmasları ilə də bağlıdır: “Biz rəqəmlə deyil, faizlərlə müqayisə aparırıq və artım varsa, deyirik. Ölüm səviyyəsinə gəlincə, Azərbaycana virusun genomunu öyrənə bilən avadanlıqlar gətirilib. Xəstələrin sayının artması mərhələsinin başladığı bir dönəmdə virusun daha öldürücü olub-olmadığını demək çətindir”.

Y. Qarayeva deyib ki, COVID-19 xəstəliyinə qarşı peyvəndlərlə bağlı Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli PROVAX proyektinin iştirakçısıdır.

"Dünyada vaksinlərlə bağlı gedən araşdırmaları çox yaxından izləyirlər: “Hazırda hansı peyvənd namizədinin uyğun olacağını demək çox tezdir. Bəzi peyvənd namizədləri ikinci mərhələni bitirib üçüncü araşdırma mərhələsinə keçəndə çox ümidverici olur. Amma insanlarda onun istifadəsi başlayanda orada hər hansı fəsadlar və insanlar üzərində əks-təsirlər qeyd olunur. Ona görə bu gün hansısa zaman vermək çox tezdir. Hələ tam bütün mərhələləri bitirən və hansısa beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunan vaksin yoxdur. Amma biz ölkə olaraq bütün prosesləri yaxından izləyirik və bütün proseslərin artıq iştirakçısıyıq. Əgər elə bir vaksin təsdiq olunarsa, o vaksini əldə edə biləcək ölkələrin sırasındayıq”.

TƏBİB-in şöbə müdiri Rusiyadan vaksin gətirilməsi məsələsinə də münasibət bildirib: “Vaksinin hansı ölkədə istehsal olunması hazırda əhəmiyyətli deyil. Rusiyada istehsal olunan peyvənd namizədi də hazırda beynəlxalq təşkilatlar tərəfindən araşdırılır. ÜST tərəfindən də bu peyvəndə bəzi müsbət qeydlər verilib, amma bununla belə, tam təsdiqlənməyib. Bu peyvəndin müsbət qiymətləndirmə nəticələri qeyd olunur. Əgər bu təsdiq olunarsa və ÜST tərəfindən qəbul olunarsa, ki, tam şəkildə zərərsizdir, o zaman Azərbaycan da bunu almağı düşünə bilər”.

Y. Qarayeva bildirib ki, hazırda cəbhədə xeyli həkim var.

 "Müharibədə hərbi həkimlər də itirmişik. Biz onlarla fəxr edirik. Onlar böyük səhiyyə ailəsinin üzvləridir”.

Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR

Xəbər xətti

ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
ABŞ İrana neft sanksiyası tətbiq edəcək?
09:42 16.04.2024
Cəbrayılda 29 ədəd tank əleyhinə mina aşkarlanıb
09:32 16.04.2024
Bakıda İran vətəndaşı avtomobillə piyadanı öldürdü
09:30 16.04.2024
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
Pirallahıda avtomobil 54 yaşlı velosipedçini vurub
09:23 16.04.2024
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
09:10 16.04.2024
Bakının bir sıra küçələrində sıxlıq var - SİYAHI
09:00 16.04.2024
Əfqanıstan və Omanda daşqınlar fəlakətlərə SƏBƏB OLUR
07:28 16.04.2024
Türkiyədə “Meta”ya məxsus bir sosial şəbəkə BAĞLANDI
06:40 16.04.2024
“Tesla” işçilərinin 10 %-dən çoxunu ixtisar edəcək
05:25 16.04.2024
782-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
04:36 16.04.2024
Bulvarda gəzinti gəmiləri niyə işləmir?
03:58 16.04.2024
Əziz Mariya, müttəfiq belə olur - Melkonyan
02:07 16.04.2024
Bu ölkənin istəyi ilə təyyarələri havaya qaldırdıq - Makron
01:00 16.04.2024
Saakaşvili tərəfdarlarını etiraz aksiyasına çağırdı
00:10 16.04.2024
Hakan Fidan Quterreşlə danışdı
23:40 15.04.2024
Azərbaycanda İKT sektorunda qadın sahibkarların sayı 11 % artıb
23:24 15.04.2024
Çingiz Mehdiyevə 12 ilə kimi həbs cəzası verilə bilər
23:00 15.04.2024
“Beşiktaş” Almaniya klubunun təklifini rədd etdi
22:44 15.04.2024
İmişlidə əmək yarmarkası keçiriləcək
22:22 15.04.2024
Azərbaycanlı Mərakeşin ən yüksək zirvəsini fəth edib
22:00 15.04.2024
Almaniyada Rusiyanın bloklanmış aktivlərinin məbləği açıqlanıb
21:44 15.04.2024
Rusiya və İsrail rəsmiləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:22 15.04.2024
Çexiyada rekord sayda göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb
21:15 15.04.2024
İtaliyanın Tehrandakı konsulluğu fəaliyyətini dayandırıb
21:10 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB
21:05 15.04.2024
Çexiya İran səfirini XİN-ə çağırıb
21:00 15.04.2024
Aİ-nin Ermənistandakı missiyasına qoşulan ilk kanadalı ekspertdən AÇIQLAMA
20:51 15.04.2024
Ukraynada Rusiyanın bəzi “TikTok” kanalları bloklanıb
20:37 15.04.2024
Ermənistanda Rusiya telekanalları bağlanacaq? - AÇIQLAMA
20:36 15.04.2024
Bakının iki rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq
20:12 15.04.2024
Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb
20:05 15.04.2024
Hesablama Palatası “toxum subsidiya"ların verilməsi ilə bağlı nöqsanları açıqlayıb
19:50 15.04.2024
Azərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub
19:41 15.04.2024
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ: Sabah su olmayacaq
19:34 15.04.2024
Ukrayna müdafiəçiləri Krımda Rusiya komanda məntəqəsinə zərbələr endirib
19:19 15.04.2024
Aİ XİN başçıları İran-İsrail böhranından sonra atılacaq addımları müzakirə edəcəklər
19:00 15.04.2024
"Zalsburq" türk məşqçiyə tapşırıldı
18:45 15.04.2024
Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək?
18:33 15.04.2024
Rusiyalı turistlərin 10,42 %-i may bayramlarında Azərbaycana səyahət edəcək
18:21 15.04.2024
Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndələri Ağdama səfər ediblər - VİDEO - FOTOLAR
18:16 15.04.2024
Hamısı