“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbal Azərbaycan Prezidentinə məktub ünvanladı | Eurasia Diary - ednews.net

30 Noyabr, Bazar ertəsi


“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbal Azərbaycan Prezidentinə məktub ünvanladı

Cəmiyyət A- A A+

“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri Malik Ayyub Sumbal Ermənistanın Gəncəyə etdiyi vandal hücumu qınayıb. Belə ki, o, ölkə rəhbəri İlham Əliyevə məktub ünvanlayaraq öz fikirlərini bildirib.

Eurasia Diary məktubun mətnini sizə təqdim edir:

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident İlham Əliyev,

“Azərbaycanın Dostları” Ermənistanın mülki insanları hədəfə alaraq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə qarşı həyata keçirdiyi raket hücumunu və bunun nəticəsində günahsız insanların həlak olmasını kəskin şəkildə pisləyir.

Bu hücum Ermənistan tərəfindən günahsız insanlara qarşı törədilmiş açıq-aşkar təcavüz aktıdır və müharibə cinayəti hesab edilir.

Ermənistanın atəşkəs haqqında razılaşmanı pozaraq mülki əhalini davamlı şəkildə hədəfə alması onun Azərbaycana qarşı yürütdüyü təcavüzkar planlarının və siyasətinin təzahürüdür.

“Azərbaycanın Dostları” bu çətin vaxtda Azərbaycan vətəndaşı və Azərbaycan hökumətinin yanındadır və biz Azərbaycan Respublikasının torpağı olan Dağlıq Qarabağla bağlı ölkənizin prinsipial mövqeyini dəstəkləməkdə davam edəcəyik.

Mən Sizə Gəncə şəhərinə hücum zamanı insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Erməni vəhşiliyi nəticəsində yaralanmış insanlara isə tezliklə şəfa tapmalarını diləyirəm.

Allah Sizi və Azərbaycan xalqını qorusun! Amin.

Səmimiyyətlə,

 

Malik Ayyub Sumbal

“Azərbaycanın Dostları” sosial şəbəkəsinin rəhbəri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...