Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Ordusunun növbəti qələbəsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Eurasia Diary xəbər verir ki, Mehriban Əliyeva bu barədə "İnstagram"da paylaşım edib.
“Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”, birinci vitse-prezidentin palaşımında qeyd olunub.