"Ayağımdan bir əl yapışdı, gördüm ki, qızımdır..." Ermənilərin hücumundan zərər çəkən sakinimiz

Cəmiyyət 11:42 21.10.2020

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dinc rayon və kəndlərini atəşə tutmaqda davam edir. Xüsusilə, cəbhəyanı bölgələrdə mülki əhali və obyektlərə dəyən maddi və mənəvi zərərin miqyası hər gün artmaqdadır.

Eurasia Diary düşmənin hücumlarından zərər çəkən vətəndaşlarımızdan biri olan Beyləqan sakini Mais Məmmədovun başına gələnləri oxuyuculara təqdim edir.

Beləki, oktyabrın 3-də Beyləqan rayonunun ermənilər tərəfindən ağır artilleriya atəşinə məruz qalması nəticəsində rayon sakini, məcburi köçkün Məmmədov Maisə məxsus evin həyətinə iriçaplı mərmi düşüb. Hadisə nəticəsində həyətyanı sahə alt-üst olub, ev təmamilə dağılıb. Ailənin iki üzvü, ana Zalova Yeganə və qızı Məmmədova Sevinc, eləcə də qonşuda bir ana öz övladı ilə həyətdə durarkən xəsarət alıblar.

Mais Məmmədovun sözlərinə görə, həmin axşam oğlu 19 yaşlı Çərkəz ilə evindən bir qədər aralıda olub. Bu zaman evi istiqamətində mərminin düşdüyünü görüb. Ata oğlu ilə evlərinə doğru qaçıblar. Partlayışdan sonra evlərdə sakinlər işıqları söndürüb. O, dağıntıların arasından həyəcanla ora-bura qaçarkən qızını və yoldaşını səsləsə də, çağırışına cavab gəlməyib.

Mais söyləyir ki, həmin an qəfildən ayağından bir əl yapışıb və görüb ki, qızı Sevincdir. Ata qaranlıqda telefonun işığı altında torpağı əlləriylə qazıb və qızını xilas edib. Daha sonra həyat yoldaşı Yeganəni də torpağın altından çıxara bilib, lakin havasızlıqdan boğulduğu üçün süni nəfəslə onu həyata qaytarmaq mümkün olub.

Partlayış anında ana ilə qızı əl-ələ tutublar və evin düz qarşısında torpağın bir metr dərinlikdə altına düşüblər. Ananın ayaqları, qızın isə bel-çanaq sümüyü sınıb. Tezliklə təcili yardım maşını gəlib və onları aparıb. Hazırda yaralılar Bakıda həkimin nəzarəti altındadırlar. Həkim Sevincə bir ay yataqdan durmamağı tövsiyyə edib. Yeganənin isə ayaqları gipsdədir.

Mais və oğlu Çərkəz gördükləri dəhşətdən böyük travma alıblar. Onlar gələndə ev tam dağılmış vəziyyətdə olub və demək olar ki, evdən əsər-əlamət yoxdur. Partlayışdan yaranan çuxur o qədər dərin olub ki, hətta yerdən su çıxıb.

Qeyd edək ki, Mais Məmmədov Qarabağ qazisidir, fiziki qüsurludur. Həyat yoldaşı Yeganə müəllimədir. Sevinc və qardaşı Çərkəz tələbədirlər. Ailənin sosial durumu ağırdır. İndi Sevinc qardaşı ilə xalasıgildə kirayədə qalır. Ata və ana isə digər bir qohumun evində yataqxanada qalırlar. Yəqin ki, dövlət tərəfindən dəstək olacaq.

Mais və Yeganə şükür edirlər ki, salamatdırlar. Nəzərə alaq ki, onlar məcburi köçkündürlər və ordumuzun uğurlu əməliyyatları dağıdılmış evin təəssüfünü onlara doğma evlərini qaytarmaqla unutdurur. Elə hər ikisi də bu fikri səsləndirərərək deyiblər ki, təki dağılan evlərimiz olsun, amma ordumuz sağ olsun və torpaqlarımız qayıtsın.

Məmmədovlar ailəsi əslən Füzuli rayonundandırlar. Bu kədərli günlərində Füzulinin alınması xəbəri onlara böyük sevinc gətirdi. İnanıram ki, işğal altında olan bütün torpaqlarımız geri qayıdanda bu hadisələri, eləcə də Gəncə hadisələrini unudacayıq. İnşallah, həmin gün uzaqda deyil. Yəqin ki, biz yaxın zamanda ordumuzun tam qələbə xəbəri ilə sevinəcəyik.

Gülnar Səlimova

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Hamısı