“General Həzi Aslanov” neft tankerində partlayış olub - 3 dənizçi itkin düşüb | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


“General Həzi Aslanov” neft tankerində partlayış olub - 3 dənizçi itkin düşüb

Cəmiyyət A- A A+

Azov dənizində Rusiya bayrağı altında üzən üzən “General Həzi Aslanov” neft tankerində baş vermiş yanğından sonra iki dəfə partlayış olub.

Eurasia Diary RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Hadisə zamanı gəmidə 13 heyət üzvü olub. Onlardan 10 nəfəri xilas edilib. 

FHN-in Krasnodar diyarındakı regional şöbəsinin yaydığı məlumata görə, dənizçilərdən digər 3 nəfərinin axtarışı davam etdirilir.

Tankerdə yanğın neft məhsullarının buxarından yaranıb. Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker “Qafqaz” limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş. (APA)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...