“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib | Eurasia Diary - ednews.net

27 Noyabr, Cümə


“General Həzi Aslanov” tankeri yedəklə limana çəkilib

Cəmiyyət A- A A+

Azov dənizindəki partlayış nəticəsində zərər görən “General Həzi Aslanov” tankeri “Kavkaz” limanı ərazisindəki lövbərə aparılıb.

“RİA Novosti”nin məlumatına görə, bu barədə “Rosmorreçflot”un (Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi) Mətbuat Xidmətindən bildirilib.

“Tanker yedəklə lövbər dayanacağına aparılıb, orada mütəxəssislər tərəfindən araşdırılacaq”, - deyə mənbə bildirib.

Xatırladaq ki, oktyabrın 24-də Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış olub. Hadisədən  sonra 10 ekipaj üzvü xilas edilib, üç nəfərin taleyindən xəbər yoxdur.  Hazırda ekipaj üzvlərinin axtarış-xilasetmə işləri aparılır.(oxu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...