"Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib" - Təhsil naziri | Eurasia Diary - ednews.net

24 Noyabr, Çərşənbə axşamı


"Son bir ayda erməni təcavüzü nəticəsində 9 şagirdimiz dünyasını dəyişib" - Təhsil naziri

Cəmiyyət A- A A+

“Son iki həftədə bütün təhsil müəssisələrində tətil elan edilib. Bu, ən optimal qərar idi”.

Eurasia Diary-nin məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, sentyabrın 27-dən erməni təcavüzünə qarşı müharibə başlayandan ölkənin 20-yə yaxın bölgəsində tədris dayandırılmışdı: “Son iki həftədə bu aqressiyanın həm məktəblərə, həm mülki əhaliyə qarşı tətbiq edildiyini gördük. Hazırda Azərbaycan terrorçu dövlətlə mübarizə aparır. Son bir ayda bu təcavüz nəticəsində 9 şagirdimiz dünyasını dəyişib. Eyni zamanda 50-yə yaxın məktəb yararsız vəziyyətə düşüb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...