Bəhram Nəsibov yaradıcılığının təbliği İctimai Birliyi QHT Şurasının dəstəyi ilə həyata keçirdiyi “Ailə cizgiləri” layihəsi çərçivəsində Azərbaycanda ailə dəyərləri, gənclərin pis vərdişlərdən qorunması, onların sağlam həyata təşviq edilməsi, eləcə də ailə daxili valideyn və uşaq münasibətlərinin gücləndirilməsinə dair dialoq, müzakirələr keçirilmişdir.
Eurasia Diary-nin xəbərinə görə, tədbirdə QHT nümayəndələri, media mənsubları iştirak etmişdir. Onlayn formatda keçirilən müzakirələrdə ailə dəyərlərinin qorunması, təbliği sahəsində Layihə çərçivəsində İctimai Birliyin hazırladığı sosial çarx haqda tədbir iştirakçılarına məlumat verilmiş, fikir mübadiləsi aparılmışdır. QHT nümayəndələri ailə dəyərlərinin qorunması üçün vətəndaş platformasının yaradılması, müxtəlif sosial çarxların, sənədli filmlərin ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulamışlar. Müzakirələr zamanı pandemiya dövründə valideyn, övlad münasibətləri, milli dəyərlərimizin qorunması kimi məsələlərin də zəruriliyi qeyd edilib.
Vətənpərvərliyin qorunub saxlanılması, inkişaf etdirilməsi üçün gənclərin sağlam böyüdülməsi yolları, onların vətənimizə, dövlətimizə layiqli vətəndaş olması üçün tədbirlərin əhəmiyyəti ifadə olunub. Layihə çərçivəsində gənclərin tərbiyələndirilməsi üçün musiqi biliklərinin artırılması, peşə qabiliyyətlərinin gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi məsələlərinə toxunan İB-in sədri Adil Nəsibov, Bəhram Nəsibov yaradıcılığında ailəyə, valideynə, torpağa, dövlətimizə sevgi məsələlərindən söz açıb. Tədbir zamanı QHT Şurasının bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin əhmiyyəti xüsusi olaraq vurğulanıb. Tədbirdə Azərbaycan Gənclərinə Dəstək Proqramı üzvləri, ASAN könüllülərin təmsilçiləri, QHT nümayəndələri və media təmsilçiləri iştirak etmişdirlər.