Gəncədə dağıdılan binalardan birinin tarixi fakt kimi saxlanılması bərədə Milli Məclisdə təklif irəli sürülüb.
Eurasia Diary Baku Tv-yə istinadən xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Cəfərov bildirib. Onun sözlərinə görə sözügedən təklif parlamentdə diqqətə çatdırılıb.
Dağıdılan binalardan birinin hazırkı vəziyyətdə saxlanılması, terrorçu Ermənistan hakimiyyətinin əsl simasının bütün dünyaya çatdırılması üçün mühüm əhəmiyyət daşıyacaq.