Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Mustafa Vəkilovun (1896-1965) oğlu Nadir Vəkiloğlu (1949) Prezident, Ali Baş Komandan İlham Əliyevə video-müraciət edib.
Eurasia Diary xəbər verir ki, hazırda Türkiyədə yaşayan Nadir Vəkiloğlu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın azad edilməsi hərəkatını böyük həyəcanla izlədiklərini bildirib. O, bütün qəlbi ilə Ordumuzun yanında olduğunu qeyd edib.
“Hörmətli Baş Komandan, biz də sizin əsgərinizik! Hər bir çağırışınıza hazırıq. Qarabağ Azərbaycandır!” - N.Vəkiloğlu deyib.
Qeyd edək ki, görkəmli siyasi xadimi, hökumətin ən gənc naziri olmuş Mustafa bəy Vəkilovun oğlu Nadir Vəkiloğlu Türkiyədə tanınmış basketbolçulardan biridir. O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.