Füzuli ziyalılarından Ali Baş Komandana müraciət: "Ürəklərdə qələbə şövqü yaşatdığınız üçün Sizə minnətdarıq !"

Cəmiyyət 14:00 03.11.2020

... XALQIMIZ TARİXİ GÜNLƏRƏ ŞAHİDLİK EDİR!

Şanlı Azərbaycan ordusunun böyük şücaət və xüsusi peşəkarlıqla həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində düşmən tapdağı altında qalmış tarixi Azərbaycan torpaqlarının - Füzulinin, Cəbrayılın, Zəngilanın, Xocavəndin, Hadrutun, Qubadlının, Tərtərin, Murov yüsəkliklərinin bir çox əhəmiyyətli hissələri işğaldan azad edilmişdir. Üçrəngli Azərbaycan bayrağı azad olunmuş həmin doğma ərazilərimizdə, eləcə də xalqımızın tarixi birlik və qəhrəmanlıq simvolu olan Xudafərin körpüsü üzərində qürurla dalğalanmaqdadır. Hazırda işğal altında qalan digər ərazilərimizin də erməni tapdağından azad edilməsi istiqamətində döyüş əməliyyatları əzmkarlıqla davam etdirilir və inanırıq ki, yaxın vaxtlarda BÖYÜK QƏLƏBƏYLƏ başa çatdırılacaqdır. Azərbaycan xalqı cəbhədə ordumuzun qələbələrinə öz töhfəsini vermək üçün Ali Baş Komandanın, Prezident İlham Əliyevin ətrafında vahid yumruq kimi birləşmişdir. Əldə etdiyimiz qələbə sevincini bölüşmək və minnətdarlıq hisslərini Ölkə rəhbərinə çatdırmaq üçün bir qrup Füzuli ziyalısı rayon ictimaiyyəti adından Ölkə Prezidentinə müraciət ünvanlamışdır.

Eurasia Diary xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli CƏNAB PREZİDENT, CƏNAB ALİ BAŞ KOMANDAN !

İşğal altında olan torpaqlarımızın kəndlərimizin, şəhərlərimizin bir-birinin ardınca azad olunması üçün nümayiş etdirdiyiniz möhkəm iradə və qətiyyətinizlə qürur duyur, fəxr edirik ! Bu gün xalqımızın illər ərzində davam edən iztirabına son qoyulur, torpaqlarımız işğaldan azad edilir. Uzun illərin həsrətindən sonra gözlərdə sevinc göz yaşları, ürəklərdə qələbə şövqü yaşatdığınız üçün Füzuli rayon ziyalıları adından Sizə minnətdarıq cənab Prezident !

Sizin ümumxalq çağırışınız, müdrikliyiniz, sərkərdəlik qabiliyyətiniz sayəsində ölkəmizdə uşaqdan böyüyə hər kəs Vətən Müharibəsinə müsəlləh əsgər kimi səfərbər olundu. Heç bir kənar qüvvə Sizin xalqla birgə vəhdətinizə təsir göstərə bilmədi. Bilirik ki, torpaqlarımızın azadlığı qansız-qadasız, itkilərsiz mümkün deyildir. Torpaq, uğrunda ölən varsa vətəndir. Sizin qələbə xəbərləriniz hər bir evdə, hər bir eşikdə müjdə oldu, insanlarımızın ümid yeri, xalqımızın hər bir nümayəndəsi üçün təsəlli oldu. Uzun müddət doğma yurdundan-yuvasından didərgin düşmüş insanlar üçün qələbə xəbərindən gözəl nə ola bilərdi. Biz tarixi bir dövrü yaşayırıq. Elə bir tarixi dövrü ki, tarixi ədalət bərpa edilir. Gələcək nəsillərimiz Sizin Ali Komandanlığınızla torpaqlarımızın işğal altından azad olunması üçün aparılan Vətən Müharibəsini, millətimizin qürur yeri, şərəf məsələsi, kitablarımızın istinad, gənclərimizin öyünc yeri kimi daim xatırlayacaq.

Cənab Ali Baş Komandan, Hörmətli Prezident !

Vətənimizin hər bir guşəsi bizimçün əzizdir, doğmadır. Amma insanın doğulduğu yurd-yuvanın, ocağın, elin, obanın fərqli bir anlamı var. Həmin yerlərdə yaşanan xoş xatirələr, dədə-babalarımızın ruhu yuxu kimi heç zaman bizi rahat buraxmadı. Bu nisgili, bu qürbəti, bu kədəri götürdünüz üzərimizdən Cənab Prezident.

Sizin Adınız, Sizin surətiniz işğaldan azad olunmuş bütün torpaqlarımızda Ərgünəş dağı, Məngəlanata kimi zirvələrdə heykəlləşəcək. Bu günləri, bu tarixi dövrü bizə yaşatdığınız üçün Sizə minnətdarıq! Biz hər zaman Sizinləyik ! Sizin qələbələriniz dönməzdir, dönülməzdir ! Allah Sizi və ailənizi qorusun ! Allah Ordumuzu və xalqımızı qorusun! Allah Sizə yar olsun !

***

Var olsun Azərbaycan! Var olsun Qarabağ! QARABAĞ AZƏRBAYCANDIR!

Füzuli rayon əhalisi və ziyalıları adından:

1. Akademik Hətəm Quliyev

2. AMEA m. üzvü, professor Arif Quliyev

3. AMEA m. üzvü, professor Akif Musayev

4. AMEA m. üzvü, professor Əli Nuriyev

5. Yazıçı Seyran Səxavət

6. Şair Vaqif Bəhmənli

7. Şair Çingiz Əlioğlu

8. Şair Cavad Zeynal

9. Nəbi Muxtarov

10. Aslan Mehtiyev

11. BAMF-ın prezidenti Umud Mirzəyev

12. Professor Məmməd Məmmədov

13. Professor Qalib Qarayev

14. Professor Təbriz Əliyev

15. Professor Şəfa Əliyev

16. Professor Qabil Əliyev

17. Professor Tofiq Nəcəfli

18. Professor Anar Abbasov

19. Dosent Hidayət Həsənov

20. Dosent Əlövsət Qaraca Əliyev

21. Dosent Təbriz Şamıyev

22. Dosent Rizvan Qarabağlı

23. Dosent Güntəkin Quliyeva

24. Dosent Rafiq Yusifli

25. Dosent Məhəbbət Nəcəfov

26. BAMF-ın vitse-prezidenti Ramil Əzizov və onlarla başqaları..."

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı