“Əl-Cəzirə” kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə bağlı reportaj yayımlayıb

Cəmiyyət 10:26 21.11.2020

İşğaldan azad edilmiş Füzuli şəhərinə səfər edərək orada Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır fəsadları ilə tanış olan xarici jurnalistlər arasında “Əl-Cəzirə” kanalının müxbiri də olub.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, kanal ermənilərin Füzuli şəhərində törətdikləri vəhşiliklərlə bağlı reportaj yayımlayıb.

Reportajda qeyd edilir ki, Füzuli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və şəhər demək olar ki, bütünlüklə dağıdılıb. On milərlə Füzuli sakini məcburi köçkünə çevrilib.

Reportajda Füzuli sakinlərinin bir neçəsinin fikirlərinə də yer verilib. Onlar evlərinin, məscidlərinin ermənilər tərəfindən dağıdıldığını bildiriblər. Qeyd edilib ki, Füzulidəki ən qədim binalardan biri də 100-dən çox yaşı olan teatr binası idi. İndi həmin bina tanınmaz haldadır.

Reportajda Ermənistanın Azərbaycana qarşı ağ fosfor tərkibli silahlardan istifadə etməsindən də bəhs olunur. Qeyd edilir ki, fosfor tərkibli silah insan orqanizmində ciddi fəsadlar yaradan və istifadəsi qadağan edilmiş silahdır. Azərbaycan rəsmiləri Ermənistanın bu silahdan mülki əhaliyə qarşı istifadə etdiyini bildirib.

Diqqətə çatdırılır ki, Füzulidəki Qorqan postunda yeraltı bunkerlər və səngərlər yerləşib. Geri çəkilməyə məcbur olan Ermənistan silahlı qüvvələri silah-sursatlarını burada qoyublar.

Reportajda qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev azad edilmiş ərazilərdə artıq quruculuq işlərinə başlanıldığını bildirib. Füzulidən Şuşaya çəkiləcək yolun tikinti işlərinə başlanılıb. Dövlət başçısı ermənilərin törətdikləri əməllərə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini qeyd edib.

Müxbir deyir ki, bu şəhərdəki dağıntılara baxanda burada vaxtilə on minlərlə insanın yaşadığını təsəvvür etmək çox çətindir. Bu gün həmin sakinlər öz rayonlarına qayıtmağa hazırdırlar.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri də yer alıb.

Prezidentin köməkçisi bildirib ki, Ermənistan vandalizm və insanlığa qarşı müharibə cinayəti əməllərinə görə məsuliyyət daşıyır. Bu ərazilərdə qiymətləndirmə aparıldıqdan sonra Azərbaycan müvafiq beynəlxalq təsisatlara, məhkəmələrə müraciət edəcək.


Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Azərbaycanda “Avtomobil yolları haqqında” qanun DƏYİŞDİ
15:20 28.03.2024
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
Rusiya kəşfiyyatı niyə Crocus terror aktı ilə bağlı məlumat ala bilməyib?
15:14 28.03.2024
"Sazz” İnternet provayderindən ŞİKAYƏTLƏR ÇOXALIR - Qaynar xəttdən CAVAB
15:09 28.03.2024
Azərbaycanda baş məşqçi hakimi döydü
15:08 28.03.2024
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
Zaxarova: Ermənistan Qərbin alətinə çevrilib
15:00 28.03.2024
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55 28.03.2024
Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır
14:43 28.03.2024
Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Hamısı