BAMF Tərtərdə "Mina Təhlükəsizliyi" adlı maarifləndirici tədbir keçirib - FOTOLAR | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


BAMF Tərtərdə "Mina Təhlükəsizliyi" adlı maarifləndirici tədbir keçirib - FOTOLAR

Cəmiyyət A- A A+

BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" layihəsi çərçivəsində" 19-21 noyabr tarixləri arasında ANAMA əməkdaşları və "Azərbaycan Gənclərinə Dəstək Proqramının əməkdaşları Vəliyev Fariz, Cabbarlı Firuz və Məşvərət Şurasının Üzvlərinin iştirakı ilə Tərtər rayonun Şıxarx qəsəbəsi, Cəmilli və Seydimli kəndlərində “Mina Təhlükəsizliyi” ilə bağlı maarifləndirici tədbirlər aparıblar.

Tədbirlər çərçivəsində gənclərə, azyaşlı uşaqlara və digər yaş kateqoriyasından olan şəxslərə xüsusi bukletlər paylanılıb. Bundan əlavə, onlara hər hansısa təhlükəli cisim və ya sürsatlar gördükdə əl vurmamalı və dərhal 102 və ya 112 qaynar zəng vurmalı olduqları izah olunub.

Eurasia Diary xəbər verir ki, bu tədbir çərçivəsində vətəndaşlara mina ilə rastlaşacaqları halda hansı tədbirləri icra etməli olduqları haqqında ətraflı təlimat keçirilib. Komandanın əsas məqsədi azyaşlı uşaqların, gənclərin və digər yaş kateqoriyalı vətəndaşların bu sahədə maariflənməsinə nail olmaqdır.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...