Nobel mükafatçısı Əziz Sancar hər iki valideynini itirmiş Xədicənin təhsil xərcləri üçün yardım ayırıb | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


Nobel mükafatçısı Əziz Sancar hər iki valideynini itirmiş Xədicənin təhsil xərcləri üçün yardım ayırıb

Cəmiyyət A- A A+

Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Sancar Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən Eurasia Diary-ə verilən məlumata görə, Əziz Səncər BBC-də yayımlanmış xəbərə istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...