"Əl-Cəzirə" Ağdamdan yeni reportaj yayımladı - VİDEO | Eurasia Diary - ednews.net

19 Yanvar, Çərşənbə axşamı


"Əl-Cəzirə" Ağdamdan yeni reportaj yayımladı - VİDEO

Cəmiyyət A- A A+

"Əl-Cəzirə" kanalı işğaldan azad edilmiş Ağdamla bağlı yeni reportaj yayımlayıb.

Eurasia Diary xəbər verir ki, reportajda Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin çıxarıldığı Ağdam rayonunun Azərbaycan tərəfinin nəzarəti altına keçdiyi və on illərlə bundan əvvəl evini tərk edən məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmağa hazırlaşdığı deyilir. Video materialda “Qarabağ bülbülləri” ansamlı və Qarabağ atlarından bəhs olunur.

Bildirilir ki, 70-ci illərdən “Qarabağ bülbülləri” ansamlının üzvü olan İlham Paşayev müharibə başladıqdan sonra məcburi köçkün düşüb və Ermənistan-Azərbaycan sərhədində, Ağdam rayonunun Azərbaycanın nəzarətində olan ərazisində məskunlaşıb. Cəbhə xəttinə yaxın bölgədə yaşaması və rayonun tez-tez atəşə məruz qalması, xalq musiqisi ifaçısının sevdiyi işi davam etdirməsinə mane olmayıb.

Reportajda Qarabağ atlarının Qarabağın simvolu olduğu deyilir. 40 ildir ki, atlara təlim keçən Eyyub onlara gündə bir saat təlim keçildiyini və hazırda fermada 2060 atın yetişdirildiyini deyir: "Atlar çox həssas heyvandır. Onlar müharibənin başa çatmasını və evlərinə qayıdacaqlarını hiss edirlər", o qeyd edib.

Ağdamlılar deyir ki, buranın atları, musiqisi və ifaçılığı da mənsub olduğu bölgədən məcburi köçkün düşüb və onlar səbirsizliklə evlərinə qayıdacağı günü gözləyirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...