Daha 2187 nəfər koronavirusa yoluxub - 634 nəfər sağalıb, 29 nəfər vəfat edib | Eurasia Diary - ednews.net

15 Yanvar, Cümə


Daha 2187 nəfər koronavirusa yoluxub - 634 nəfər sağalıb, 29 nəfər vəfat edib

Cəmiyyət A- A A+

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Eurasia Diary-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 92281 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 64475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib, aktiv xəstə sayı 29646 nəfərdir.

Ölkədə son sutka ərzində 9784, hazırkı dövrədək isə 1617239 test aparılıb.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...