Qızları Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib - VİDEO | Eurasia Diary - ednews.net

18 Yanvar, Bazar ertəsi


Qızları Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamdakı məzarını ziyarət edib - VİDEO

Cəmiyyət A- A A+

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları atalarının Ağdamdakı məzarını ziyarət ediblər.

Eurasia Diary xəbər verir ki, Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir.

DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova və polkovnik-leytenant Zümrüd Bağırova Ağdam torpağına yenidən qayıtdıqları üçün özlərini xoşbəxt hiss etdiklərini bildiriblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsinə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, 1993-cü ildə işğal edilmiş Ağdam 20 noyabr 2020-ci il tarixində işğaldan azad olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...