Şəhid polkovnik İlqar Mirzəyevin son mesajı yayımlandı - VİDEO | Eurasia Diary - ednews.net

22 Yanvar, Cümə


Şəhid polkovnik İlqar Mirzəyevin son mesajı yayımlandı - VİDEO

Cəmiyyət A- A A+

Tovuz döyüşlərində şəhid olmuş polkovnik İlqar Mirzəyevin dostuna göndərdiyi son səsli mesajı yayılıb.

Eurasia Diary xəbər verir ki, mesaja "Azpromedia" şirkəti tərəfindən video rolik hazırlanıb.

"Azpromedia"nın direktoru Tural Museyibov bildirib ki, şəhid polkovnikin səsini yaşatmaq məqsədilə bu addımı atıblar:

"2020-ci ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik İlqar Mirzəyev şəhidlik zirvəsinə ucalmazdan bir gün əvvəl əziz dostuna qələbə ruhlu səsli mesaj göndərib. "Azpromedia" olaraq şəhid polkovnikin son səsli mesajını əbədi yaşatmaq istədik. Bu məqsədlə də, ailəsinin razılığı ilə həmin mesaja video çarx hazırladıq. Bildirmək istədik ki, artıq Qarabağ azaddır! Ruhun şad olsun, Cənab Polkovnik!"

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...