Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndinə gedən yeni yol minalardan təmizlənir.

Eurasia Diary “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Suqovuşan kəndinə yeni salınacaq yolun ərazisidə minaların aşkarlanması və zərərsizləşdirilməsi prosesi davam edir.

ANAMA-nın əməkdaşları yolun kəçəcəyi ərazilərə baxış keçirir, xüsusi avadanlıqlara partlayıcı silahları aşkar edərək məhv edirlər.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2 661 km uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 km respublika, 1 778 kilometri isə yerli əhəmiyyətli yollardır. Həmçinin bu yollar üzərində 90 avtomobil körpüsü də yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...