Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Suqovuşan kəndi ərazisində minalardan təmizləmə əməliyyatı aparıb.
Eurasia Diary xəbər verir ki, əməliyyatlar beynəlxalq mətbuatın nümayəndələri tərəfindən müşahidə olunub.
Ərazinin minalardan təmizləmə əməliyyatlarında ANAMA-nın operativ qərargah rəisi İdris İsmayılov, əməliyyatlar üzrə baş mütəxəssis Adil Aslanov və ANAMA-nın əməkdaşları iştirak edib.
Beynəlxalq Avrasiya Mətbuat Fondu(BAMF) tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Fariz Vəliyev əməliyyatları müşahidə edib. Eurasia Diary qeydə alınan görüntüləri təqdim edir: