Azərbaycanın işğaldan azad edilmiş əraziləri teleradio yayımı ilə əhatə olunacaq | Eurasia Diary - ednews.net

22 Yanvar, Cümə


Azərbaycanın işğaldan azad edilmiş əraziləri teleradio yayımı ilə əhatə olunacaq

Cəmiyyət A- A A+

Azərbaycanın işğaldan azad edilən şəhər və rayonları keyfiyyətli və dayanıqlı televiziya və radio yayımı ilə əhatə olunacaq.

Eurasia Diary "APA-Economics"ə istinadən xəbər verir ki, artıq mütəxəssislər tərəfindən bəzi yerlərdə baxış keçirilib.

Bildirilib ki, hazırda Ağsuda və Füzulinin Əhmədbəyli kəndində olan mövcud vericilər vasitəsilə sosial televiziya paketi və 6-dək radio kanalı Şuşada və Hadrutda yayımlanır: "Relyefdən asılı olaraq, bəzi yerlərdə yayım siqnalı zəif ola bilər. Gündəmdə duran əsas məsələ bütün işğaldan azad edilən şəhər və rayonlarda keyfiyyətli və dayanıqlı yayımın təşkil olunmasıdır ki, bu istiqamətdə hazırda zəruri işlər aparılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...