Ermənilər Rusiya kurortlarını “ələ keçirmək”lə bağlı planlarını reallaşdırmağa çalışırlar - VİDEO | Eurasia Diary - ednews.net

16 Yanvar, Şənbə


Ermənilər Rusiya kurortlarını “ələ keçirmək”lə bağlı planlarını reallaşdırmağa çalışırlar - VİDEO

Cəmiyyət A- A A+

Öz “dövlətlərini” yaratmaq xəyalları ilə yaşayan ermənilər Rusiyanın kurort bölgələrindəki yaşayış məntəqələrinin adlarını özlərinə uyğun şəkildə dəyişdirməyə başlayıblar.

Bunu “Tik-Tok”da yayımladıqları video da sübut edir.

Eurasia Diary Oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə bir erməni telefonunun kamerası ilə erməni və rus dillərində yaşayış məntəqəsinin adı yazılmış bir lövhəni çəkir və arsızlıqla Ermənistanda deyil, Rusiyada olduğunu bildirir.

“Elə bilirsiniz ki, mən Ermənistandayam? Xeyr, mən Rusiyanın cənubundayam, Rostov vilayətində, Myasnikovski rayonunda, əsasən Ermənistan vətəndaşlarının yaşadığı Çaltır kəndindəyəm. Budur, artıq erməni dilində yazılar qoyublar. Bu yaxşı xəbərdir”, - deyə həmin şəxs bildirir.

Videonun müəllifi qeyd edir ki, bu cür işarələrin tezliklə əhalisinin əksəriyyətinin ermənilər olduğu Anapa, Soçi və Rusiyanın digər bölgələrində görünəcəyinə qətiyyətlə əmindir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...