Xalqının Xilaskarı

Cəmiyyət 16:12 05.12.2020
Nadir şah Əfşardan sonra Azərbaycan qələbə sevincinə həsrət qalmışdı. Zaman-zaman işğal olunduqca, ərazisi kiçilərək, balaca bir ölkəyə çevrilmişdi. Qarabağ Azərbaycana məxsus olduğuna baxmayaraq, ermənilər orada öz bildikləri kimi hərəkət edir, “Arsax” adlı qondarma respublika qurmuşdular. Ermənistanı dünyaya təcavüzkar ölkə kimi tanıtdırmağa çalışsaq da, uzun müddət idi ki, içimizdə məğubiyyətin ağrı-acısını yaşayırdıq. Dünya bizi- bir ovuc erməniyə məğlub olmusunuz- deyə, qınayırdı...
 
İti zəkası, dərin ağlı, parlaq təfəkkürü Onu həmişə möhtəşəm göstərir. Duyğusal və ruhən şən olması ilə bərabər, emosional insandır. Gözəl yaddaşı var, diqqətindən heç nə yayınmır. Gözlənilməz hadisələr Onu təəccübləndirmir, təsadüfün zəruriyyətdən yarandığını yaxşı bilir. Zahirən ciddi və sərt görünsə də, əslində mərhəmətlidir, necə deyərlər, ipək kimi qəlbi var.
 
Hadisələrin mahiyyətini məntiqlə şərh edir və qəbul etdiyi qərarları vaxtından əvvəl açıqlamır. Ürək qızdırdığı insanlara qarşı zarafatcıl, səmimidir. Dost seçimində tələsmir, real keyfiyyətlərə əsaslanır...
 
...Atası Heydər Əliyev müxtəlif ictimai quruluşlarda Azərbaycan Respublikasına rəhbərlik edib. Azərbaycanın tarixində dönüş yaradaraq, ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. İnsanlar tərəfindən sevilərək, Azərbaycan xalqının Ulu Öndəri kimi qəbul edilib.
 
Anası Zərifə xanım Əliyeva elmin ən yüksək zirvəsinə, akademik səviyyəsinədək yüksələ bilib. Xeyirxah, mərhəmətli, əsl Azərbaycan xanımı kimi yaddaşlarda yaşayır.
 
Yeganə bacısı Sevil xanım “Sevil” Qadınlar Məclisinin sədri, “SOS” Uşaq Kəndləri- Azərbaycan Assosiasiyasının fəxri prezidenti, bəstəkar və “Space” Televiziyasının qurucusudur. Londonda yaşayır...
 
Bəli, məhz Onun rəhbərliyi altında Qarabağ işğaldan azad olundu, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edildi. O, 1961-ci ldə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini Bakı şəhər 6 saylı məktəbdə aldıqdan sonra, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna qəbul olunub. Ali təhsilini başa vuraraq, institutun aspiranturasında təhsilini davam etdirib və 1985-ci ildə tarix elmləri namizədi elmi dərəcəsinə yiyələnib. Beş il Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. Sonra dörd il özəl biznes sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən başlayaraq doqquz il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti vəzifələrində işləyib. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur. 1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilib. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilib. 2003-cü il 15 oktyabrda ilk dəfə Azərbaycan Republikasının Prezidenti vəzifəsinə seçilib. Hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır. Ana dili ilə yanaşı, rus, ingilis, fransız və türk dillərini mükəmməl bilir...
 
Səbrli insandır. Nizam-intizama ciddi fikir verir. Qərar verməkdə tələsmir. Qərar verdisə təzyiqlərə məhəl qoymadan həyata keçirir. Tərifə və ya biganəliyə fikir vermədən məqsədinə doğru irəliləyir. Gücünə, intelektinə yaxşı bələddir. Şəxsiyyətini sevdirməyi, ürəkləri fəth etməyi bacarır. Lider olmaq Onun alın yazısıdır. Strategiyası, xalqını xoşbəxt, ölkəsini firəvan görməkdir...
 
...Ömür-gün yoldaşı Mehriban xanım Əliyeva ölkənin ictimai-siyasi həyatında kifayyət qədər xidmətləri olan dövlət xadimidir. Leyla, Arzu, Heydər adlarında üç övladın atası, dörd nəvənin babasıdır...
 
Ulu Öndər Heydər Əliyev Onun haqqında deyirdi: - "Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellekt, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firəvanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"...
 
Bəli, O, Ulu Öndərin bütün ümidlərini doğrulda bildi. Ölkəmizin ərazi bütövlüyünü təmin edərək, Azərbaycan tarixində böyük siyasətçi, sarsılmaz lider, məğlubedilməz sərkərdə kimi yer aldı.
Zaman keçəcək, əsrlər ötəcək, nəsillər bir-birini əvəzləyəcək. Amma Onu- işğal olunan torpaqları azad edən Xalqının Xilaskarı, düşmən üzərində zəfər çalan Rəhbərlərdən biri kimi həmişə sevəcəklər.
 
Bu elə bir zəfərdir ki, Azərbaycan xalqı iki yüz ildən çox həsrətini çəkib. Döyüşüb, amma heç zaman nail ola bilməyib. Zəfərin, təntənən, bayramın mübarək, Azərbaycan!..
 
...Bəli, dekabrın 10-da ölkəmizdə QƏLƏBƏ PARADI keçiriləcək. Fürsətdən istifadə edib, həm Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu əlamətdar gün və həm də dekabrın 24-ündə tamam olacaq 59 yaşı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarını ölkəmizdə QƏLƏBƏ sevincini yaşayan və bu qələbənin mahiyyətini anlayan milyon-milyon vətəndaşdan biri kimi səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı və uzun ömür arzulayıram.
 
Elman Eldaroğlu

 

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Maliyyə Nazirliyi büdcədən vəsait alan qurumlara müraciət edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Hamısı