BAMF Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirib FOTO

Cəmiyyət 17:07 05.12.2020

5 dekabr Beynəlxalq Könüllülər Günüdür. Bu münasibətlə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən həyata keçirilən “QHT-lərin beynəlxalq təşkilatlarla əlaqələri və könüllülük fəaliyyətinin təşviqi” layihəsi çərçivəsində “Könüllülük fəaliyyətinin əhəmiyyəti və perspektivləri” mövzusunda onlayn konfrans keçirilib.  

Konfransı giriş sözü ilə açan BAMF prezidenti Umud Mirzəyev 2020-ci ilin ölkə rəhbəri tərəfindən "Könüllülər ili" elan olunmasının əhəmiyyətindən, zəfərlə başa çatan Vətən Müharibəsində könüllülərimizin rəşadətindən, könüllü olmanın vətənə, dövlətə faydasından söz açıb. “BAMF bu günə kimi yüzdən çox xarici könüllüyə ev sahibliyi edib. Vətən Müharibəsi dövründə onların hər birisi Azərbaycanı sevən insanlar kimi, ölkəmizin haqq işinə dəstək nümayiş etdirib”, deyə U. Mirzəyev bildirib.

Nigeriyadan olan və vaxtı ilə BAMF-da könüllü fəaliyyət göstərmiş, təhsil üzrə ekspert Nik Nvolisa könüllü fəaliyyətin gənclərin özlərini kəşf etməsi baxımından, könüllü işin cəmiyyətə verdiyi faydalar, beynəlxalq qurumlarda könüllü fəaliyyətin əhəmiyyətini qeyd edib.

“Ümid” Sosial Humanitar Təşkilatın rəhbəri İsrail İsgəndərov gəncləri könüllü fəaliyyətə təşviq edərək, bu sahədə geniş bilikləri olan təşkilatların təcrübəsindən yararlanmağın əhəmiyyətindən söz açıb. BAMF-ın və bir sıra digər vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətini örnək olaraq təqdim edib.

Tədbirdə çıxış edən “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova vətəndaş cəmiyyəti qurumlarının, qadınların inkişaf etdirilməsi üçün görülən könüllü fəaliyyətdən söz açaraq bu istiqamətdə dövlətimizin və cəmiyyətimizin birgə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. O, BAMF-ın təcrübəsinin könüllü fəaliyyətə başlayanlar üçün nümunə olduğunu qeyd edib.

“Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı gənclərin könüllü fəaliyyətinin onların gələcək peşə fəaliyyətindəki rolundan danışıb, könüllülük fəaliyyətinin cəmiyyətin həssas qruplarının dəstəklənməsində xüsusi rolu olduğunu bildirib. 

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB-nin sədri Ayaz Mirzəyev könüllü fəaliyyətin başlanılmasında insanlara təmənnasız xidmətlərdən söz açıb, Vətən Müharibəsi dövründə gənclərimizin könüllü olaraq hərbi xidmətə yazılması, arxa cəbhədə könüllü fəaliyyət, belə bir çətin dövrdə xalqımızın yüksək milli-mənəvi dəyərlər nümayiş etdirməsi, müharibə dövründə bir millət olaraq hamılıqla könüllü olmağımızdan qürurlu olduğunu qeyd edib.

BAMF könüllüsü Tatenda Moduro qaçqın və məcburi köçkünlərin, aztəminatlı insanların dəstəklənməsi üçün könüllü fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, bu sahədə BAMF-ın uzun illərdən bəri əldə etdiyi geniş təcrübənin faydasından, sosial-humanitar proqramların könüllü fəaliyyət üçün yaratdığı imkanlardan söz açıb.

QHT Şurasının təsis etdiyi “Səlis Könüllülər” İB-nin sədri, Azərbaycan Gənclərinə Dəstək Proqramının gənclərlə iş üzrə koordinatoru Xudaverdi Quliyev Vətən Müharibəsi dövründə informasiya müharibəsi zamanı sosial mediada gənclərimizin aktiv fəaliyyətindən, könüllü qrupların haqq işimizə göstərdiyi dəstəyin əhəmiyyətindən danışıb. Bu istiqamətdə BAMF-ın təcrübəsini xüsusi olaraq qeyd edib.

Tədbir çərçivəsində BAMF tərəfindən hazırlanan “Bizim Könüllülər” sosial çarxı iştirakçıların diqqətinə çatdırılıb. Sosial çarxda Vyetnam, Portuqaliya, Nigeriya, İtaliya, Mozambikdən olan könüllülərin ölkəmizə dəstək mesajları və Beynəlxalq Avrasiya Mətbuat Fondunun onların həyatındakı rolunun əhəmiyyətindən söz açılır. Qeyd edək ki, tədbirdə 50-yə yaxın vətəndaş cəmiyyəti təmsilçisi, könüllü qrupların nümayəndələri, gənclər təşkilatları, ictimai fəallar iştirak edib.

BAMF Mətbuat xidməti

 

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Hamısı