Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb | Eurasia Diary - ednews.net

4 Mart, Cümə axşamı


Vətən müharibəsindən qayıdanlarla bağlı komissiyaya daxil olan müraciətlər açıqlanıb

Cəmiyyət A- A A+

Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Bu barədə Eurasia Diary Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən iki gün ərzində 532 müraciətə baxılıb və həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 96 müraciətə baxılıb, onlardan 51 müraciət yerində baxılaraq həll olunub, digər müraciətlərin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılması məqsədilə səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması prosesində media nümayəndələri də iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...