“Vətən müharibəsi”ndən sonra başladılan prosesə qazimizdən, veteranımızdan tutmuş ən siravi insanımıza kimi qatqımızı verməliyik. İndi bizim görəcəyimiz işlər daha çoxdur”.
Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Lider Tv-nin “Çıxış Yolu” proqramında söyləyib.
“Hazırda ölkə prezidentinin sərəncamıyla sosial-iqtisadi sahədə vacib işlər görülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə evlər, maşınlar verilir. YAŞAT Fondu bu sahədə böyük işlər görür. Ancaq bu prosesdə təkcə ictimai birliklər yox, hər bir şəxs öz töhfəsini verməklə fəal olmalıdır.
BAMF bu fəaliyyətlə 1992-ci ildən məşğuldur. 27 sentyabrda mən artıq xarici jurnalistlərlə birlikdə cəbhədə idim. Bizim Füzulinin Aşağı Əbdürrəhmanlı kəndi 27 sentyabr saat 11 radələrində işğaldan azad olunan ilk kəndlərdən biri idi. Kəndin bir hissəsi 1994-cü ildə Horadiz əməliyyatı nəticəsində işğaldan azad edilmişdi.
Bu gün beynəlxalq cameədə ən çox müzakirə edilən mövzulardan biri Azərbaycanın Vətən müharibəsidir. Biz təkcə müharibə etmədik, möhtəşəm bir həmrəylik nümayiş etdirdik", U. Mirzəyev bildirib.
Daha ətraflı videoda: