ANAMA yeni agentlik dövlət qeydiyyatına alınanadək fəaliyyət göstərəcək | Eurasia Diary - ednews.net

8 Mart, Bazar ertəsi


ANAMA yeni agentlik dövlət qeydiyyatına alınanadək fəaliyyət göstərəcək

Cəmiyyət A- A A+

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yeni agentlik dövlət qeydiyyatına alınanadək fəaliyyət göstərəcək.

Eurasia Diary-nin məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirəcək.

Fərmanda qeyd edilib ki, Nazirlər Kabineti Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...