Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır | Eurasia Diary - ednews.net

7 Mart,


Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır

Cəmiyyət A- A A+

Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Eldar Quliyev xəstəxanaya yerləşdirilib.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqın Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Onun sözlərinə görə, Xalq artisti ötən gün infarkt keçirib:

“E.Quliyev əvvəlcə özəl xəstəxanaya aparılsa da, daha sonra Respublika Müalicəvi Diaqnostika Mərkəzinin kardiologiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün Eldar Quliyevin 80 yaşı tamam olur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...