Bu ay ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib | Eurasia Diary - ednews.net

5 Mart, Cümə


Bu ay ehtiyacı olan qazilərə 600-dən çox reabilitasiya vasitəsi verilib

Cəmiyyət A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən son bir ayda Vətən müharibəsində yaralanmış qazilərimizin ehtiyacı olanlarına 600-dən çox reabilitasiya vasitəsi verilib.

Eurasia Diary Nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, həmçinin 7 qazi təkərli oturacaqla təmin olunub. Reabilitasiya vasitələri onlara yaşadıqları və ya müalicə olunduqları ünvanlara aparılıb təqdim edilir.

Yaralanmış qazilərin yüksək texnologiyalı müasir protezlə təminatı da davam edir. Son bir aya yaxın dövrdə 7 hərbçi yüksək texnologiyalı 9 müasir protezlə təmin edilib, daha bir neçə hərbçinin də yaxın günlərdə müasir protezlə təmin olunması üçün hazırlıq işi aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...