Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək | Eurasia Diary - ednews.net

6 Mart, Şənbə


Vətən müharibəsi qazisi prezident təqaüdü və müavinətlə təmin ediləcək

Cəmiyyət A- A A+

Vətən müharibəsində yaralanmış qazilərimizlə bağlı sosial dəstək işləri müharibədə xəsarət alaraq sağ ayağının bir hissəsi amputasiya olunmuş Rüstəmli Vüsal Tağı oğlunu və ailəsini (Lənkəran şəhəri) də əhatə edir.

Eurasia Diary Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, nazirliyin əməkdaşları Vüsal Rüstəmlini ziyarət ediblər. Qazinin ailəsi 6 nəfərdən (özü, anası, qardaşı, həyat yoldaşı və iki azyaşlı övladı) ibarətdir. Onun atası vəfat edib.

Vüsala yaxın günlərdə əlillik dərəcəsi təyin olunacaq, birdəfəlik sığorta ödənişi, hər ay prezidentin aylıq təqaüdü və müavinətlə təmin ediləcək. Bu barədə ona və ailə üzvlərinə məlumat verilib.

Qazinin həyat yoldaşına aylıq əsasda ünvanlı sosial yardım ödənilir.

Vüsalın qardaşı marketdə işləyir. Anası üçün isə istəyinə uyğun olaraq özünüməşğulluq proqramı çərçivəsində broyler inkubatoru sahəsi üzrə təsərrüfat yaradılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...