Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib | Eurasia Diary - ednews.net

7 Mart,


Xırdalanda baş vermiş partlayış nəticəsində 6 nəfər xəstəxanaya yerləşdirilib

Cəmiyyət A- A A+

Xırdalanda baş vermiş hadisə nəticəsində 6 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı Abşeron MRX-nin direktoru Mehriban Qaralova bildirib.

Onun sözlərinə görə, xəsarət alanlardan biri uşaqdır.

Qeyd edək ki, Abşeron rayonunun Xırdalan şəhəri 27-ci məhəllədə evdə partlayış olub. Partlayışdan sonra evdə yanğın başlayıb. Zərbənin təsirindən yaxınlıqdakı çoxmərtəbəli binaların mənzillərinin şüşələri sınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Dağıntılar altında qalanların olduğu ehtimal edilir. Hazırda axtarış-xilasetmə işləri davam edir.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...