Restoran həvəskarlarının nəzərinə: Artıq şənbə və bazar günləri də işləyəcək | Eurasia Diary - ednews.net

7 Mart,


Restoran həvəskarlarının nəzərinə: Artıq şənbə və bazar günləri də işləyəcək

Cəmiyyət A- A A+

"Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək".

Eurasia Diary xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

O bildirib ki, həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...