Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb.
Eurasia Diary xəbər verir ki, Müdafiə Nazirliyindən bununla bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Nəcməddin Sadıkov hazırda hərbi xidmətdə deyil.
Qeyd edək ki, general-polkovnik N. Sadıkov Müdafiə Nazirliyinin Baş Qərargah rəisi idi.
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı isə bildirib ki, Nəcməddin Sadıkov tutduğu vəzifədən azad olunub.
"N.Sadıkov Silahlı Qüvvələrdən ehtiyata buraxılıb. O, artıq bir neçə müddətdir ki, vəzifəsindən çıxarılıb."