Xocalıda səkkiz gün Əsir mələyin fəryadı

Cəmiyyət 23:22 26.02.2021
Xocalı deyiləndə əsirlik, əsirlik deyiləndə Dürdanə yada düşür. Əvvəl təkcə rabitəçi kimi tanınan Dürdanə. Kaş elə təkcə rabitəçi kimi tanınardı. Heç tanınmazdı da. Sadəcə gündəlik həyatını yaşayardı, sevərdi, evlənərdi, ərinə qayğı göstərərdi, uşağını saxlayardı, qayğıkeş ev qadını olardı. Kaş... Qayğıkeş oldu, amma ev qadını kimi yox, EL QADINI kimi.
 
Bir elin yükü var Dürdanə Ağayevada. 8 günlük tam fərqli, unudulmaz həyatı yalnız bal ayına gedəndə yaşamağı arzu edə bilərdik. Amma 8 gün əsirlikdə Dürdanənin həyatı zəhər oldu. 1 yaş fərqi olan Elşad adlı qardaşı ilə ata ocağında o qədər birgə oynamışdılar ki. Bəlkə elə buna görə də dığa əsir götürəndə onları ayırmadı. Hər ikisini bir əsir aldı
 
Hər ikisinə bir işgəncə verdi. Qardaşı bacısının əxlaqı üçün yandı, bacı qardaşın qeyrətini düşündü. Bədəni nə işgəncələr, nə zülmlər gördü. Əli qapı arasında qaldı, başını unitaza bağladılar, lüt vannada saxladılar, zəncirlə döydülər. Heç birisi başına gələn, ruhuna təcavüz olunan anda dişini sıxmaq, divarın o üzündəki qardaşı səsini eşitməsin deyə paltarını çeynəmək qədər ağır olmadı. Azərbaycan qadını ədəb-ərkanla ər evinə gedəndə aylarla ata - qardaş üzünə rahat çıxa bilmir, o ki qala divarın bu tayında əsirlikdə qalan tək qadının Dürdanə olduğu bilinə, çıxan səs də ona məxsus ola. Dürdanə hissini boğsun, hirsini boğsun, səsini boğsun, ya elə hamısından yaxa qurtarıb özünümü boğsun? Ən çətinini elədi, elə səsini boğdu.
 
Dığa Dürdanədən evlərinin yerini soruşur, öyrənir. Öz vətənində əsir olan qız böyüyüb boya-başa çatdığı evə gətirilir. Üstü yanmış, 12 pilləkənin 3-4 pilləkəni qalmış evə. Dığa zənciri götürüb Dürdanəni öz həyətində döyür, bilirsiniz hansı həyətində? Öz evinin həyətində, qala adlandırdığı evinin həyətində atası-qardaşı arxa - dayağı həmişə gördüyü həyətində? Dürdanə döyülməyin yox, yiyəsizliyin ağrısını yaşayır. Hər şeydən qoruyan ev bu gün onu müdafiə edə bilmədi. Bəlkə də o həyətdə sonuncu dəfə uşaqkən oynayanda yıxılıb dizi qanayanda ağlamışdı. İndi ruhu qanayır, düşmən önündədi deyə ağlaya da bilmir.
 
Amma hər qızın ağ gəlinlik, o gəllinlikdə ata evindən çıxmaq arzusu olur. Dürdanə bu arzusunu arzusu əlindən alınandan sonra daha çox anladı, həmin pilləkənlərdən anasının müşayiəti ilə gəlinliklə düşdüyünü xatırladı. O xatırladıqca düşmən zəncirlə bədəninə vururdu. Ruhu zədələnmiş insan cismin zədəsindən sarsılmaz ki. O gəlinlik bu qızın haqqı idi, namus, paklıq, bakirəlik haqqı. Bu haqqı ondan alanlara lənət olsun...
 
Abrından başına gələnləri hamıya rahat danışmaz, hətta yazdığı kitabına belə etibar etməz. Tək onu əsir qadın kimi yox, qəhrəman qadın kimi sevib-seçən ömrü gödək İlhamdan başqa.
Ana bir əsər yaza, kitab ərsəyə gətirə heç övladından gizləyərmi? Amma Dürdanə gizlədi, məcbur oldu, utanmalı olmasa belə utandı. Vaxtı gələndə oxumağına icazə verəcəyini dedi. Amma bəlkə də o vaxt gəlib, qızı yazını çoxdan oxuyub, anasına yansa da bu qədər şücaəti üçün onunla fəxr edib. Çünki əsirlikdə qadınlığı alınan qurban hesab olunur, əxlaqsız yox. Əsirlikdə belə abrını qorudun, abrına qısıldın. Azad qadınlar hamısı sənin kimi əsir qadınların qarşısında borcludur. Hamımız sənin ismətinə borcluyuq. Çünki sən əsirlikdən ruhu bakirə qayıdan qadın oldun. Bu paklığın o qədər üstündür ki, buna layiq nə ağappaq gəlinlik, nə də bərabər olacaq al qırmızı bağ var. Taleyinin başlanğıcı sənə qara gəlməsin, üzün həmişə ağdır. 
 
Ey gənclər, biz bu gün abırlı, əxlaqlı olmaq üçün məcburuq. Çünki erməni əlində, əsirlikdə min bir işgəncəyə məruz qalıb, son mübarizəsinə kimi cəhd edən qadınların bizə əmanətidir namus, namusların qorunması üçün canından keçən oğulların qeyrətidir bu qeyrət. Əsirlikdə qorunan namusu, qeyrəti, azadlıqda itirmək olarmı?
 

Taciyə Mehdisoy,

"LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının psixoloqu 

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
Hamısı