Qələbəni xatırladan stansiya istismara hazırlanır | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Qələbəni xatırladan stansiya istismara hazırlanır

Cəmiyyət A- A A+

Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilir.

“Bakı Metropoliteni” QSC-dən Eurasia Diary-yə bildirilib ki, Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. 2016-cı ilin aprelində metronun 3-cü xətti, “Bənövşəyi xətt”in “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra bu xəttin deposunun, “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir.

“Bənövşəyi xətt”in 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...