"Xocalı tarixin qan yaddaşı"

Cəmiyyət 22:00 27.02.2021

Keçən il Leyla xanım Əliyevanın təşəbbüsü ilə ilə peşəkar rəssamların və heykəltaraşların əsərlərindən ibarət "Xocalı tarixin qan yaddaşı" adlı beynəlxalq sərgi keçirildi.

Bu sərgiyə rəssam Məmmədli Gülarə də qoşuldu. Gülarə Xocalı Faciəsinə aid rəsm əsəri təqdim etməli idi ki, həmin sərgidə iştirak etsin.Sosial şəbəkələrdə daha çox onu balaca qızcığazın fəryadı olan foto onu cəlb edir. Həmin fotodakı görüntünü çəkməyi qərara aldı. Vaxt çox məhdud idi. Vaxta çox az qalmışdı. Rəsmi qısa bir müddətə hazırladı. Lakin hər rəsm işləyəndə Gülarəni bir şey çox narahat edirdi, duyğulanırdı, hətta kövrələn vaxtı da olurdu. Onu yalnız bu sual düşündürürdü - Görəsən bu fotodakı uşaqlar sağdılarmı, haradadılar? İndi kaş bilərdim...

Gülarənin söylədiklərindən: Bir gün anam mənim çox kefsiz olduğumu görüb soruşdu ki, niyə bu qədər kefsizsən, axı böyük bir sərginin iştirakçısı olmusan. Seçilmiş ən yaxşı rəssamların əsərlərinin sərgisi olacaq. Əksinə, sən şad olmalısan. Mən niyə belə olmağımı anama söylədim. Anam da biraz təskinlik verdi. Qızım darıxma yəqin ki, sağ qalarlar inşallah. Biz rəsmlərlə bir çox rayonlarda olduq. Sonra 200 rəsmdən seçilmiş 50 ən yaxşı rəsmlər sırasına düşdük. Mənim və gəlinimiz Gözəl Əliyevanın da rəsmləri xarıcı ölkələrdə keçirilmiş sərgilərdə nümayiş edildi. Sonda bizə Fəxri Fərman Diplomlar təqdim edildi. Lakin mən yenə sevinmirdim. Məni həmin fikir hər gün narahat edirdi. Görəsən bu uşaqlar indi sağdılarmı, görəsən haradadılar? Bir gün anam mənə böyük bir sürpriz etdi.Həmin qızı tapdığını və qucağındakı bacısıyla birlikdə sağ salamat olduqlarını bildirdi. Fotodakı həmin qızı - Həyatı Bakıya dəvət edib bizi görüşdürdü.

Sən demə, anam həmin vaxtdan bu qızların sorağına çıxıb. Uzun zaman axtardıqdan sonar Xocalı İcra Hakimiyyətin nümayəndəsi hörmətli Vahid müəllimin köməyi ilə onları tapıb. Əvvəl telefonla danışıb, sonra da Bakıya dəvət edib. Sağ olsun, dəvəti qəbul edib, uzaq yolu qət edib gəlib. Həmin fotodakı balaca qızcığaz Həyat Bayramovadır, qucağındakı isə bacısıdır.

Həyatın öz dili ilə dediklərindən: O zaman mənim 12 yaşım, bacım Fatimənin isə 3 yaşı var idi. Ermənilər gecə ilə hücum çəkdilər. Bütün kəndimiz evdən qışın soyuq günündə üst geyimsiz, ayaqyalın, başıaçıq sutka yarım iki günə gəlib çıxdıq bu yerə. Biz hamımız ac-susuz idik. Mən o fotoda ağlayırdım, fəryad edirdim, ata-anamı axtarırdım, bacımı heç kimə vermirdim. Qucağımda bacımı bərk-bərk saxlamışdım, elə bilirdim tək deyiləm, bacım yanımda. Atamgil və çox adam su-çörək dalınca getmişdilər. Mən elə hey ağlayırdım. Çox ağır bir faciə idi. Onu anlatmaq, o hissləri yenidən yaşamaq deməkdir. Kiçik yaşlarımdan böyük bir travma alan körpələrin yaddaşında çox az şeylər qalıb. Amma bilirdik ki, bizi bu acınacaqlı vəziyyətə salan düşmənimiz ermənilərdir. O dəhşətli günü xatırlamaqdan da qorxuram, çünki çox qorxulu və məşəqqətli gün idi. Gözümüzün önündə ermənilərin kəndimizin neçə-neçə igidlərini, əsgərlərini, qocalarını, uşaqlarını necə güllələdiklərini gördük. Biz təsadüfən sağ qalanlardanıq. Atam-anam da sağdılar, yaşayırlar. İndi mən də ailəliyəm, 3 övladım var. Bacım Fatimə də ailəlidir, onun da övladları var. Hal-hazırda birimiz Gəncədə, mən isə Goranboy rayonunun Buzluq kəndində məskunlaşmışam. Sağ olsun Zəminə xanımın dəvəti ilə gəldim Bakı şəhərinə, qızının rəsm əsəri ilə tanış oldum. Əllərinə-ürəyinə sağlıq, çox gözəl yaradıb. Qızınız Gülya xanıma dərin təşəkkürümü bildirirəm ki, o gözəl ürəyi ilə bu rəsm əsərini yaratdı və səbəb oldu bizi tanış etməyində. Zəminə xanım məni bir neçə dəyərli insanlarla tanış etdi, mən çox məmnun oldum və çox sevindim ki, belə dəyərli insanlarla görüşüb həmsöhbət olduq. Mənimlə maraqlandılar, sağ olsunlar hər biri. Buradan fürsətdən istifadə edib hər birinə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsınız, məni axtarıb-arayırsınız". 

Bəli, əziz dostlar bu da bir rəsm əsərinin hekayəsi.

Qeyd: Həyatla bu günə kimi əlaqələrimiz davam edir. Tez-tez danışırıq, görüşürük... Baxmayaraq ki, uzun illər şəraitsiz, bərbad evdə yaşayıb, o, 3 övlad böyüdüb və hər il xəstəlikləri ilə bağlı müalicələr alır, amma yenə də Həyatda həyat eşqi var. Kəlbəcərə qayıtmağını səbirsizliklə gözləyir. İnşallah ki, Kəlbəcərdə görüşəcəyik!

Sonda mən də anam Zəminə Səfərovaya dərin təşəkkürümü bildirirəm ki, həqiqətən də o rəsmdəki uşaqların sağ-salamat olduqlarını mənə sübut etdi, axtardı, tapdı məni sevindirmək üçün. Bu gün çox xöşbəxtəm. Ona görə ki, bu rəsmdəki göz yaşları bir daha olmayacaq. Arzu edirəm ki,bundan sonrakı rəsm əsərlərimdə bütün uşaqların sevincli, gülüş dolu xöşbəxt və firəvan yaşayan anlarını fırçamla həkk edim. Belə xöşbəxt sonluqla bitsin bütün sonluqlar!


 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı