Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - Müdafiə Nazirliyi | Eurasia Diary - ednews.net

20 Aprel, Çərşənbə axşamı


Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub - Müdafiə Nazirliyi

Cəmiyyət A- A A+

“Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb". 

Eurasia Diary Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ağdam rayonu ərazisində yerləşən  hərbi hissələrdən birində xidmət keçən  hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir! 

Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...