Evə fəhlə kimi girib, pul dolu çanta ilə çıxdılar Bakıda film kimi cinayət

Cəmiyyət 12:37 01.03.2021

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda ittiham olunan Bakı şəhər sakini 36 yaşlı Ceyhun Balayev və Quba rayon sakini 40 yaşlı Ramin Əliməmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Eurasia Diary-nin xəbərinə görə, oğurluq hadisəsi ötən il avqustun 10-da Binəqədi rayonu ərazisində baş verib.

İttihama görə, Ceyhun Balayev bacanağı Ramin Məmmədovla birgə paytaxtın Azadlıq prospekti, ev 196, mənzil 158 ünvanında təmir işləri aparıblar. Eyvandakı taxta dolabı söküb döşəmədən ayırdıqdan sonra mərtəbələr arası boşluq hissədən bir mərtəbə aşağıda yerləşən mənzilə daxil olublar. Mənzilin eyvanındakı taxta dolabın üst rəfindən Rusiya vətəndaşı Elxan Tarverdiyevə məxsus, içərisində 250 min dollar (425 min manat) olan, skoçla bağlanmış plastik çantanı ələ keçiriblər.

Hər iki şəxsə qarşı Cinayət  Məcəlləsinin 177.3.2-ci (külli miqdarda oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Xətai rayon Məhkəməsi tərəfindən barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Ceyhun Babayev ifadəsində günəmuzd fəhləlik etməklə ailəsini dolandırdığını, tanışı Elşən Zamanovun ona və bacanağı Ramin Əliməmmədova mənzillərdə, tikinti yerlərində fəhlə işləri verdiyini deyib. Sonuncu dəfə bacanağı ilə birgə gündəlik 15 manata söküntü işləri aparıblar: “Mənzilin binanın həyətinə baxan eyvanında sovet vaxtından qalma şkafı sökəndə döşəmənin altındakı boşluq hissədə çemodana oxşar qutu tapdıq. Qutunun üstü yapışqan lentlə bağlanmışdı, içərisində  25 paçka (hərəsində 10 min dollar olmaqla)  dollar var idi. Pulu Raminlə yarıbayarı böldük”.

C.Balayev payına düşən puldan paytaxtın “Xalqlar Dostluğu” ərazisindən özünə 110 min manata 3 otaqlı mənzil, 20 min manatına isə  avtomobil alıb.

İstintaq zamanı ziddiyyətli ifadələr verən C.Balayev mənzildən 250 deyil, 150 min dollar tapdıqlarını, oğurluq etmədiklərin deyib.

Təqsirləndirilən Ramin Əliməmmədov  da anoloji ifadə verib.  Bacanağından geri qalmayan R.Əliməmmədov da payına düşən puldan özünə “Xalqlar Dostluğu” ərazisindən mənzil və avtomobil alıb. Yerdə qalan pulun bir qismini isə Quba rayonunun İqriq kəndindəki ata evində saxlayıb. Ailə üzvlərinə isə pulları lotereyadan qazandığını deyib : “Söküntü işləri gördüyümüz mənzildən bir mərtəbə aşağıdan pul oğurlamağımız haqda Elşən Zamanova bildirmədik. Həmin pulların hesabına özümə yaxşı şərait yaratdım. Evdəkilərə dedim ki, loterayada 140 min manat udmuşam”.

Zərərçəkmiş Elxan Tarverdiyev ifadəsində Rusiyada bizneslə məşğul olduğunu, oğurluq edilən mənzildə 25 ildir ki, daimi yaşayış olmadığını deyib: “Ötən ilin martında 250 min dolları saxlamaq üçün evə gətirib səliqəli şəkildə qutuya yığdım. Üstü nəm götürməsin deyə skoçla bağladım, eyvandakı divar şkafının üst tərəfinə yerləşdirdim.  Pulu ora qoyanda tavan tam şəkildə bağlı idi”.

Ötən ilin sentyabr ayında bina üzrə istilik sisteminin dəyişdirilməsi xəbərini alan E.Tarverdiyev pulları saxladığı mənzilə gəlib. Dəhlizə keçəndə yuxarı mənzildən evə su axdığını və döşəmədə su izləri qaldığını görüb. Bu səbəbdən üst mərtəbədəki mənzilə qalxıb. Qonşu mənzildə təmir işləri getdiyini görən E.Tarverdiyev mətbəxi və eyvanı  gəzərək suyun haradan axması ilə maraqlanıb. Bu zaman eyvandakı şkafın döşəməsinin söküldüyün görüb: “Şübhələnib tez öz mənzilimə düşdüm. Pulları qoyduğum şkafa baxdım, tapmadım. Yenidən üst mərtəbəyə qalxıb ustalardan həmin şkafın yerini sökən fəhlələrin kim olduqlarını soruşdum...”

Qonşu mənzildə təmir işləri gördürən şəxsin Elşən Zamanovun olduğunu öyrənən E.Tarverdiyev onu öz evinə çağırıb. E.Zamanov ona mənzildə Ceyhun və Ramin adlı fəhlələr işlədiyini, şkafı da onların sökdüklərini deyib. Zərərçəkmiş E.Zamanova “zəng vur onlara deynən, əmanəti qaytarsınlar, mən də şikayət etməyim” deyib. E.Zamanov C.Balayevə zəng vurduqda sonuncu “biz heç nə götürməmişik, pul-zad görməmişik” cavabı verib.

Bundan sonra E.Tarverdiyev mənzilindən oğurluq edilməsi faktı ilə bağlı polisə müraciət edib.

Təqsirləndirilən şəxslər ilkin dindirilmə zamanı və və istintaq dövründə ziddiyyətli ifadələr veriblər. Onlar elan olunmuş ittihamla özlərini təqsirli bilməyiblər. Oğurluq etmədiklərini, işlədikləri mənzildən pul tapdıqlarını, tapdıqları pulu bir ay saxladıqlarını, sahibini gözlədiklərini, pulun uzun illər öncə ermənilər tərəfindən qoyulub getdiyini təxmin edərək götürdüklərini , heç bir cinayət törətmədiklərini bildiriblər.

Əlbətdə, fəhlə işlədikləri evin döşəməsini dəlib aşağıdakı mənzildən xəzinə tapan və asan yolla güzəranlarını yaxşılaşdıran bu adamların dediklərinə nə müstəntiqlər, nə zərərçəkən inanmayıb. İndi onları oğurluq ittihamı ilə cəza gözləyir, 250 min dolların sahibinə geri qaytarılmasının necə mümkün olacağı isə hələ bəlli deyil.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
Hamısı