Elmar Hüseynovun qətlindən 16 il keçir | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Elmar Hüseynovun qətlindən 16 il keçir

Cəmiyyət A- A A+

Bu gün "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 16 ili tamam olur.

Jurnalist 2 mart 2005-ci ildə öz evinin girişində güllələnib. Qatil Elmar Hüseynova yeddi güllə vurub.

Azərbaycanın hüquq-mühafizə orqanları, xüsusən də Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bu dəhşətli qətlin açılması üçün hər şeyi ediblər. Belə ki, cinayətin icraçılarının Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tair Xubanov olduğu müəyyən olunub, lakin Azərbaycan tərəfinin dəfələrlə müraciət etməsinə baxmayaraq, Gürcüstan şübhəlilərin təhvil verilməsindən imtina edib. Cinayəti sifariş verən şəxsin kimliyini  istintaqla müəyyənləşdirmək mümkün olmayıb.

Bununla belə, Elmar Hüseynovun dostu və silahdaşı Eynulla Fətullayevin araşdırması göstərdi ki, qətlin təşkilatçıları 2015-ci ildə ləğv edilmiş və jurnalistin öldürülməsi ilə bağlı işin istintaqının aparıldığı  Milli Təhlükəsizlik Nazirliyinin yüksək vəzifəli əməkdaşları ola bilərdilər.

Yeri gəlmişkən, Elmarın qətlindən 10 il sonra bu nazirlik sahibkarlara və adi vətəndaşlara qarşı banditizmə, cinayətkar qruplaşmaya çevrildiyinə görə ləğv edildi və onun yüksək vəzifəli əməkdaşları dəmir barmaqlıqlar arxasına göndərildilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...