BAMF beynəlxalq təşkilatları Xocalı qətliamını tanımağa çağırır

Cəmiyyət 15:57 02.03.2021

Beynəlxalq Avrasiya Mətbuat Fondu Xocalı soyqırımı ilə bağlı BMT Baş Katibinə, BMT Baş Assambleyasının sədrinə, BMT-dəki qurumlara, Avropa Şurasına, Avropa Şurası Parlament Assambleyasına müraciət edib. Müraciətdə Xocalı soyqırımının tanınmasına çağırılıb. Bununla yanaşı Xocalı soyqırımını törədən Ermənistanın keçmiş siyasi rəhbərliyinin cinayətkar əməllərinin pislənilməsi istənilib. Bəyanatda beynəlxalq qurumlar Vətən Müharibəsi zamanı Azərbaycanın mülki şəhərlərinin, yaşayış məntəqələrinin Ermənistan tərəfindən bombalanması kimi cinayətkar əməllərə səssiz qalmamağa çağırılıb. Eurasia Diary müraciətin mətnini təqdim edir:

BMT ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu 26 fevral 1992-ci ildə erməni hərbi birləşmələrinin Sovet qoşunlarının 366-cı alayı ilə birlikdə Dağlıq Qarabağda, 7 mindən yuxarı dinc azərbaycanlının yaşadığı Xocalı şəhərinə hücum zamanı törədilən qətliamın dünya dövlətləri, beynəlxalq təşkilatlar tərəfindən tanınmasına çağırır.

Xocalı soyqırımı insanlıq əleyhinə, bəşəriyyət əleyhinə cinayətdir. Bu qədim şəhərin əhalisi azərbaycanlı olduqlarına görə kütləvi surətdə qətlə yetirildi. Mülki əhaliyə, qocalara, qadınlara, uşaqlara, xəstələrə qarşı ən amansız işgəncələr verildi, insanlar vəhşicəsinə öldürüldü. Nəticədə, Xocalı əhalisinin 5379 nəfəri deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, 8 ailənin bütün üzvləri, 239 ailə başçısı öldürülüb, 27 ailənin yalnız bir üzvü sağ qalıb. Eyni zamanda, 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin taleyi haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bunlardan 68 nəfəri qadın və 26 nəfəri uşaq olub.

Ermənistan hərbi birləşmələri mülki azərbaycanlı əhaliyə qarşı 90-cı illərin əvvəllərində Qaradağlı, Ağdaban, Umudlu və digər yaşayış məntəqələrində cinayətlər törədib. Nəticədə minlərlə dinc insan həlak olub, işgəncələrə məruz qalıb, yurd-yuvalarından didərgin salınıb. Təxminən 4000 azərbaycanlı əsir və itkin düşüb. Onların taleyi bu günə qədər də məlum deyil.

Erməni hərbi birləşmələrinin növbəti təxribatına cavab olaraq işğal altındakı ərazilərin azad olunması üçün 27 sentyabr 2020-ci il tarixdən Azərbaycanın apardığı Vətən Müharibəsi zamanı Ermənistan hərbi birləşmələrinin hərbi əməliyyatlar zonasından yüzlərlə kilometr uzaqda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və digər şəhər, rayon, yaşayış məntəqələrinin qadağan olunmuş silahlarla bombalanması nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilib, 400-dən çox insan yaralanıb, 4 mindən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılıb. İstər 1992-ci ildə törədilmiş Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombalanması Ermənistanın azərbaycanlılara qarşı apardığı zorakılıq siyasətinin açıq-aşkar təzahürüdür.

Həm Xocalı soyqırımı və azərbaycanlılara qarşı törədilən qətliamlar, həm də Vətən Müharibəsi zamanı mülki yerlərin bilərəkdən bombalanması, dinc əhalinin qətlə yetirilməsi 1949-cu il Cenevrə konvensiyaları, soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldılan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, uşaq hüquqları haqqında Konvensiya və insan hüquqları və azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın kobud şəkildə pozulmasıdır.

Bu gün “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər nəticəsində Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılır, müxtəlif dövlətlər tərəfindən faciəyə beynəlxalq hüquqi qiymət verilir. Keçən dövr ərzində 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Bütün bunlara baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.

26 fevral Azərbaycan xalqının yaddaşından silinməyən soyqırım günüdür. Dünya dövlətlərini, beynəlxalq təşkilatları bu bəşəri faciəyə səssiz qalmamağa çağırırıq. İnsanlıq əleyhinə cinayətləri pisləməyi, revanşist, ekstremist və terrorçuluq fəaliyyətlərini ciddi şəkildə qınamağa dəvət edirik. Bütün ölkələrin hökumətlərini və parlamentlərini vicdanlarının səsinə qulaq asmağa, Ermənistanın keçmiş hərbi və siyasi rəhbərləri və onlarla əlbir olanlar törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunmaları və XX əsrin ən qəddar soyqırımından biri olan Xocalı soyqırımını tanımağa səsləyirik.

Umud Mirzəyev,

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı