2 milyard manat hara xərclənib? - Hesablama Palatası COVİD-19 yoxlamasına başladı | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


2 milyard manat hara xərclənib? - Hesablama Palatası COVİD-19 yoxlamasına başladı

Cəmiyyət A- A A+

Azərbaycanda yeni növ koronavirus (“COVİD-19”) şəraitinin yaratdığı iqtisadi və sosial çətinliklərin təsirlərinin yumşaldılması və aradan qaldırılması məqsədilə dövlət tərəfindən həyata keçirilmiş geniş miqyaslı və əhatəli dəstək tədbirləri üçün icra edilmiş vəsaitlərin auditi aparılır.

Eurasia Diary-nin məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

V. Gülməmmədov deyib ki, həmin tədbirlər üçün icra edilmiş vəsaitlərin auditinin keçirilməsi aktual məsələlərdən biridir. Bu baxımdan Hesablama Palatasının 2020-ci ilin dekabr ayında təsdiq edilmiş cari ilin İş planına pandemiyanın təsirləri ilə mübarizə istiqamətində icra edilmiş vəsaitlərin auditi üzrə tədbirlər daxil edilib, hazırda artıq bu istiqamətdə nəzarət tədbiri həyata keçirilir.

Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 1 milyard 985,6 milyon manat vəsait xərclənib.

apa.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...