Mübariz Mənsimov sərbəst buraxıla bilər - Ədalət bərpa olunur | Eurasia Diary - ednews.net

19 Aprel, Bazar ertəsi


Mübariz Mənsimov sərbəst buraxıla bilər - Ədalət bərpa olunur

Cəmiyyət A- A A+

FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov məhkəmə nəzarəti altında sərbəst buraxıla bilər.

Eurasia Diary "Habertürk"ə istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında sərbəst buraxılmasını istəyib.

“Məhkəmənin gəldiyi mərhələ göz önünə alınaraq, müttəhimin cinayətə görə nəzərdə tutulan/veriləcək cəzanın müddəti, şübhəli şəxsin həbsdə keçirdiyi vaxt, həbs-qətimkan tədbiri olduğu üçün bu mərhələdə məhkəmə nəzarətinin mümkünlüyü nəzərə alınaraq, müttəhim başqa cinayətə görə mühakimə olunmursa və ya həbs olunmursa, azadlığa çıxa bilər. Cəza ancaq yaşayış yerini və ölkəni tərk etməməklə azadlıqla əvəz oluna bilər”, - prokurorluğun tələbində deyilir.

Qeyd edək ki, M.Mənsimovun məhkəmə prosesi martın 5-də keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...