Ədalət bərqərar oldu - Mənsimov həbsxanadan çıxdı | Eurasia Diary - ednews.net

11 Aprel,


Ədalət bərqərar oldu - Mənsimov həbsxanadan çıxdı

Cəmiyyət A- A A+

Türkiyədə həbs olunan azərbaycanlı iş adamı - “Palmali” şirkətinin prezidenti Mübariz Mənsimov bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Bu barədə Modern.az-a “Palmali Holdingin” mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib.

Xatırladaq ki, İstanbulun Baş Prokurorluğu bir neçə gün öncə Mübariz Mənsimovun sərbəst buraxılmasını istəmişdi.

Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

O, bugünkü məhkəmədə də FETÖ ilə bir bağlılığı olmadığını deyib və tam bəraət istəyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...