Mina təhlükəsi ilə mübarizə heç zaman bugünkü qədər vacib olmayıb BAMF prezidenti

Cəmiyyət 13:50 05.04.2021

Bu gün ADA Universitetində 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım günü ilə əlaqədar tədbir keçirilib.

Eurasia Diary-nin məlumatına görə, müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ADA Universitetin prorektoru Fariz İsmayılzadə, xarici ölkələrin Azərbaycandakı səfirləri, vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən BMT ECOSOC-un Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev mina və partlamamış təhlükəsinin aradan qaldırılması, Ermənistanın qadağan olunmuş raket və silahlardan istifadə edilməsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət göstərdiklərini deyib. O, belə bir əhəmiyyətli mövzuya diqqət ayrıldığı üçün təşkilatçılara dərin minnətdarlığını bildirib: “Vətən Müharibəsindən sonra ölkəmiz ciddi şəkildə mina fəlakəti ilə qarşılaşıb. Mina təhlükəsi ilə mübarizə heç zaman bugünkü qədər vacib, bugünkü qədər prioritet olmayıb. Təmsilçisi olduğum və BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu hələ 2000-ci ilin əvvəllərindən UNDP və Azərbaycan Hökumətinin birgə tərəfdaşlığı ilə ərsəyə gətirilən Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə proqramına qoşulub, Azərbaycanda Minaların Mənfi Təsirinin Tədqiqatı, Mina Qurbanlarının Ehtiyaclarının Öyrənilməsi, İcma Mina Aksiyası komandasının yaradılması, Azərbaycan Minadanzərərçəkənlər Assosiasiyasının yaradılması və bir sıra digər önəmli proqramların icra edibdir”.

O, Vətən Müharibəsi dövründə düşmən tərəfinin mülki şəhərlərimizi, kəndlərimizi atəşə tutduğu, bombalandığı bir zamanda mina və partlamamış hərbi sursat riskinin aradan qaldırılması, insanlara humanitar yardımın göstərilməsi, eləcə də düşmənin beynəlxalq humanitar hüquqa, beynəlxalq konvensiyalara zidd əməllərinin, qadağan olunmuş sursat və raketlərdən istifadəsinin dünyaya çatdırılması istiqamətində dövlət və beynəlxalq qurumlarla, yerli vətəndaş cəmiyyəti strukturları ilə çiyin-çiyinə birgə görülən işlərdən qürur duyduğunu söyləyib. Bildirib ki, həmin dövrdə erməni hərbi birləşmələrinin törətdiyi cinayətlər, qanunsuz əməllər BAMF-ın hazırladığı hesabatda dünyaya təqdim edilib. 

    

U.Mirzəyevin sözlərinə görə, ölkə rəhbərinin “dəmir yumruq, dəmir iradə” siyasəti sayəsində ordumuz Azərbaycanın 30 ildir işğal altında saxlanılan torpaqlarını azad etməklə Böyük Zəfərə imza atıb: “44 gün ərzində apardığımız Vətən Müharibəsi, insanlarımızın uzun müddət həsrətində olduğu arzunu gerçəkləşdirdi. Lakin belə görünür ki, müharibə hələ bitməyib. Vətən Müharibəsi dövründə düşmənin yerüstü arsenalı məhv edilsə də, yerin altına basdırılan gizli düşmənlər - minalar can almaqda davam edir. Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, İkinci Qarabağ müharibəsinə qədər olan dövr ərzində Dağlıq Qarabağda 747 nəfər minaya düşüb. Bu dövrdə Azərbaycan tərəfindən minaya düşənlərin sayı isə 3000 nəfərə yaxındır: onlardan 525 nəfəri həlak olub. Son 4 ay ərzində isə 40-a yaxın mülki şəxs işğal altındakı ərazilərə, öz dədə-baba torpaqlarına, əvvəllər yaşadıqları yerlərə, məzarlıqlara səfər edərkən minaya düşərək həlak olub və ya ağır yaralanıb. Minalar erməni hərbi birləşmələri tərəfindən daha çox hərbi təyinatı üzrə deyil, mülki infrastruktur təyinatlı ərazilərdə, işıq xətləri, yol ayrıcları, həyətyanı sahələrin girişləri, məzarlıqlar, çay kənarları, kənd və qəsəbə içi cığırlara basdırılmaqla mülki şəxslərin həyatına ciddi şəkildə təhlükə törədir”.

BAMF prezidenti qeyd edib ki, erməni tərəfi etimad mühitinin yaradılmasına adekvat münasibət sərgiləmədən, mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycan tərəfinə verməkdən imtina edir: “Bu da 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasına və 1977-ci ildə əlavə edilmiş protokollara kobud şəkildə ziddir. Bununla bağlı BAMF-ın təşkilatçılığı ilə Azərbaycanın müharibədən zərərçəkmiş ərazilərində fəaliyyət göstərən vətəndaş cəmiyyəti qurumları ilə birgə beynəlxalq ictimaiyyətə çağırış etdik. Artıq müxtəlif qurumlardan bu məsələ ilə bağlı dəstək məktubları alırıq. Hesab edirəm ki, mina təhlükəsinin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi üçün hökumət və vətəndaş cəmiyyəti qurumları, beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsinə ciddi zərurət var”.

 

U.Mirzəyev işğaldan azad edilmiş ərazilərdə böyük bir mina fəlakəti ilə üz-üzə qaldığımız bir zamanda media və müxtəlif informasiya mənbələrinin rolunun əhəmiyyətinə toxunub: “Bu baxımdan insanlarımızı minalı ərazilərə səfər etməkdən çəkindirən reportajların yayılması üçün müxtəlif yerli və xarici media nümayəndələrinin səfərlərinin həyata keçirilməsi olduqca böyük əhəmiyyətə malikdir. BAMF bu sahədə bir sıra dövlət qurumları və xüsusən ANAMA ilə sıx əməkdaşlıq edir”.

O, bildirib ki, mina təhlükəsinə dair maarifləndirmə, minalı ərazilərin koordinatlarının müəyyən edilməsi və tədqiqatların aparılması, ərazilərin minalardan təmizlənməsi Azərbaycan üçün prioritet məsələlərdəndir: “Bu gün beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti qurumları 2025-ci ildə “minasız dünya” arzusu ilə vahid platforma ətrafında bir araya gəlmişlər. Aydındır ki, işğaldan azad olunmuş ərazilərimizdə mina riskinin aradan qaldırılması və bərpa işlərinə xeyli zaman lazımdır. Amma minaların qadağan olunması sahəsində beynəlxalq platformaların və şəbəkələrin dəstəklənməsi beynəlxalq qurumların bu məsələyə diqqətinin artırılması baxımından vacibdir və ölkəmiz üçün geniş imkanlar yaradır”.

BAMF prezidenti əlavə edib ki, belə bir həssas dönəmdə ölkəmizi bu bəladan xilas etmək naminə dövlət, qeyri dövlət təşkilatlarını, beynəlxalq media və insan haqları qurumlarını, elmi institutları, digər müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə mina əməliyyatlarını daha yüksək səviyyədə gündəmdə saxlamaq, mina təhlükəsinin təcili və səmərəli vasitələrlə aradan qaldırılmasının vaxtında və əhatəli olmasını təmin etməliyik.

U.Mirzəyev çıxışının sonunda beynəlxalq təşkilatları, regionda sülhün və dayanıqlı inkişafın dəstəklənməsi, etimad mühitinin yaradılması naminə fəaliyyətlərin təşviq edilməsinə, bu xüsusda erməni hərbi birləşmələri tərəfindən minalanmış ərazilərin, eləcə də xüsusi partladıcı vasitələrdən istifadə edilməklə partlayış tələləri qurulmuş yerlərin xəritələrinin Azərbaycan tərəfinə verilməsinə səssiz qalmamağa çağırıb.


Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı