Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovla (Rəmiş) vida mərasimi keçirilir.
Eurasia Diary-nin xəbərinə görə, mərasimə ictimai-siyasi xadimlər, tanınmış sənətçilər qatılıb.
Rəmiş "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.
Məlumata görə, qaraciyər və ağciyərlərinin xroniki xəstəliklərindən əziyyət çəkən xalq artisti koronavirusdan dünyasını dəyişib.
Xatırladaq ki, 77 yaşlı Rəmiş aprelin 5-də müalicə aldığı Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişib. Rəmiş yanvarın 28-də ağır vəziyyətdə xəstəxanaya gətirilmişdi. O, qaraciyər çatışmazlığından əziyyət çəkirdi.
O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.