Azərbaycanda Nazirlər Kabinetinin üzvləri mövzusu həmişə diqqət mərkəzində olub.
Bir müddət əvvələ kimi nazirlərin orta yaşı çox yüksək idi. Lakin son kadr islahatlarından sonra bu rəqəm aşağı düşmüşdür.
Eurasia Diary Novator.az-a istinadən kabinet üzvlərinin təvəllüdlərini təqdim edir:
Baş nazirin birinci müavini Yaqub Eyyubov – 1945-ci il
Səhiyyə naziri Oqtay Şirəliyev – 1950-ci il
Baş nazirin müavini Əli Əhmədov – 1953-cü il
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı – 1954-cü il
Ədliyyə naziri Fikrət Məmmədov – 1955-ci il
Baş nazir Əli Əsədov – 1956-cı il
Müdafiə sənayesi naziri Mədət Quliyev; Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev – 1958-ci il
Müdafiə naziri Zakir Həsənov – 1959-cu il
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov; maliyyə naziri Samir Şərifov – 1961-ci il
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev; Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova – 1962-ci il
Gənclər və İdman naziri Azad Rəhimov; Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov – 1964-cü il
Baş nazirin müavini Şahin Mustafayev; Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov – 1965-ci il
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev; Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev – 1967-ci il
Daxili İşlər naziri Vilayət Eyvazov – 1968-ci il
Energetika naziri Pərviz Şahbazov – 1969-cu il
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli – 1970-ci il
Xarici İşlər naziri Ceyhun Bayramov; Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev – 1973-cü il
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev – 1975-ci il
İqtisadiyyat naziri Mikayıl Cabbarov – 1976-cı il
Kənd Təsərrüfatı naziri İnam Kərimov; nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev; mədəniyyət naziri Anar Kərimov; Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev; Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov – 1977-ci il
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov – 1979-cu il
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev; Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov – 1980-ci il
Təhsil naziri Emin Əmrullayev – 1982-ci il.