"Ermənistanın mövqeyi sülhə xidmət etmir" BAMF prezidenti

Cəmiyyət 15:02 08.04.2021

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində Azərbaycanın müharibədən zərərçəkən regionlarında fəaliyyət göstərən bir qrup vətəndaş cəmiyyəti təşkilatı dünyaca məşhur www.change.orsaytında Ermənistana qarşı petisiyaya ilə çıxış edib. Petisiya Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının təxminən otuz illik işğalı, habelə münaqişənin bitməsindən sonrakı dövrdə Ermənistan hərbi birləşmələrinin geri çəkildiyi zaman bu əraziləri ciddi şəkildə minalaması və minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsinə qarşı etiraz çağırışıdır.  

Eurasia Diary xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev bildirib ki, Ermənistan 9 noyabrda kapitulyasiya aktı imzalayandan sonra mina problemi ən böyük problem olaraq qalır: “İşğaldan azad olunmuş ərazilərdə çox böyük mina çirklənməsi mövcuddur. Bildiyiniz kimi, istər Birinci, istərsə də İkinci Qarabağ savaşından sonra və ümumiyyətlə 30 illik dövr ərzində Qarabağ və ona bitişik yeddi rayonun ərazisi çox ciddi şəkildə minalanıb. Həmin ərazilərin dağıdılması, viran və talan edilməsi, yandırılması, ekoloji terrora məruz qalmasıyla yanaşı, ərazilər başdan-başa minalanıb, qadağan olunmuş böyük hərbi sursatlarla çirkləndirilib. Bununla bağlı martın 25-də beş vətəndaş cəmiyyəti qurumu bu auditoriyada toplaşdı və dünya dövləltərinə, beynəlxalq təşkilatlara mina xəritələrinin Azərbaycana verilməsində Ermənistana təsir göstərmələri üçün müraciət ünvanladı”.   

U.Mirzəyevin sözlərinə görə, Ermənistan tərəfi kapitulyasiyadan dərhal sonra minalanmış ərazilərin xəritəsini təqdim etməli idi: “Lakin bu gün də Azərbaycan tərəfinə həmin xəritə təqdim olunmayıb. Azərbaycanın dövlət başçısı, eləcə də Xarici İşlər naziri bildirib ki, bu xəritələrin Azərbaycana verilməsi regionda sülhün və əminamanlığın bərpa olunması üçün çox vacibdir".

BAMF prezidenti qeyd edib ki, ötən gün Paşinyanın Rusiya prezidenti ilə görüşdə daha çox qabartdığı məsələlər sülhə xidmət etmir: “O, xəritələrlə bağlı bir kəlmə də söz etmədi. Əksinə, gündəmə gətirdiyi məsələ Azərbaycanda olan terrorçular, separatçılarla bağlı oldu”.

“Dayaq” Qeyri Hökumət Humanitar Təşkilatının sədri Şahin İbrahimovun sözlərinə görə, artıq heç kəsə sirr deyil ki, minalar bu gün Azərbaycanda ən böyük problemdir: "Mina xəritələrinin verilməməsi minaların təmizlənməsi, infrastruktur layihələrin həyata keçirilməsi prosesini və 30 illik torpaq həsrəti çəkən məcburi köçkünlərimizin öz evlərinə qayıtması prosesini ləngidir. Petisiyanın imzalanmasında məqsədimiz minalanmış ərazilərin xəritəsinin əldə edilməsidir. Digər bir məqsədimiz isə dinc və yanaşı yaşamaqdır. Bu xəritələr nə qədər tez verilərsə, Azərbaycan, Ermənistan və sonradan Gürcüstan da bu prosesə qoşularsa Cənubi Qafqaz və ümumiyyətlə dünya minalardan azad bir yerə çevrilər”.

“Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” İB-nin sədri Məmmədhəsən Həsənov qeyd edib ki, müharibə zamanı Ermənistan təxribatçı hərəkətləri ilə bizə mane olub: “Biz görürdük ki, minalar səpilir.  İşğaldan azad edilmiş ərazilərə səfər zamanı yol kənarında bilbordları basdırarkən bir hərbi ambulansın çox sürətlə getdiyinin şahidi olduq. Üç hərbçi minaya düşmüşdü və ayaqlarını itirmişdilər. Ağdamda mülki vətəndaşa məxsus Şaqman maşınının ön hissəsi tank əleyhinə minaya düşmüşdü. Sürücü ağır xəsarət alsa da, xoşbəxtlikdən sağ qalmışdı. Bütün bunlar onu göstərir ki, mina təhlükəsi hələ də davam edir. Biz beş təşkilat müraciət edirik ki, Ermənistan xəritələri Azərbaycan tərəfinə qaytarsın və biz mina bəlasından qurtula bilək”.

Daha sonra QHT rəhbərləri jurnalistlərin suallarını cavablandırıb.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı