Roma şəhərinin San Lorenzo bölgəsində naməlum cinayətkar 23 yaşlı azərbaycanlı qıza hücum edib. Eurasia Diary bildirir ki, İtaliyanın "Roma Today" nəşrinin yazdığına görə, hücum 7 apreldə baş verib.
Məlumata görə, quldur qızın boğazına bıçaq söykəyərək onu öldürməklə hədələyib və pul kisəsini tələb edib. Adının çəkilməsini istəməyən azərbaycanlı tələbə soyğunçunun tələblərini yerinə yetirib.
“Quldur yoxa çıxdıqdan sonra şoka düşən, lakin sağlamlığını itirməyən azərbaycanlı qız kömək üçün polisə müraciət edib. San Lorenzo Polis Komissarlığının zabitləri araşdırmalar başlayıb", - deyə nəşr yazır.