İkinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin ev problemi həll olunacaq - 3000 mənzil | Eurasia Diary - ednews.net

12 May, Çərşənbə


İkinci Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin ev problemi həll olunacaq - 3000 mənzil

Cəmiyyət A- A A+

Yanvarın 25-də yerli icra hakimiyyəti orqanlarında növbəyə dayanan müharibə əlilləri və şəhid ailələrinin mənzil təminatı ilə bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalanıb. 

Bu sərəncamın ikinci bəndində Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və bu müharibə zamanı əlilliyi olan şəxslərin mənzil təminatının həyata keçirilməsi tapşırılıb. 

Eurasia Diary xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində yayımlanan “Sosial saat” verilişində Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. 

Onun sözlərinə görə, bu sərəncam çərçivəsində 11 min nəfərin mənzil və fərdi evlərlə təminatı nəzərdə tutulur: “Dövlət başçısının tapşırığına uyğun olaraq məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Bu il Vətən müharibəsi əlilləri və şəhid ailələrinin üzvlərinə bir neçə yaşayış kompleksindən 3000 mənzil veriləcək, eyni zamanda fərdi evlərin tikintisinə başlanılıb. Ötən il vətəndaşlara 790 fərdi ev verilib, bu il isə 450 fərdi evin tikintisi nəzərdə tutulub. Artıq aidiyyəti qurumlara həmin şəxslərin torpaq sahəsi ilə təmin olunması üçün müraciətlər olunub. Prosedurlar həyata keçirilir, qısa müddət ərzində tikintilərə başlanılacaq”.

V. Behbudov qeyd edib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Sosial Xidmətlər Agentliyi tərəfindən imtiyazlı şəxslər, yəni avtomobil növbəsinə dayanmaq üçün tibbi göstərişi olan müharibə əlilləri avtomobillərlə təmin olunur. Bu günə qədər 7200 şəxsə avtomobil verilib: "Bu il də bu proses davam etdiriləcək. Bu il növbədə olan şəxslərə avtomobil verilməsinə başlanılacaq”.

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...