Alban-Udi xristian dini icmasının üzvləri Tuğda qədim alban məbədini ziyarət edib | Eurasia Diary - ednews.net

18 May, Çərşənbə axşamı


Alban-Udi xristian dini icmasının üzvləri Tuğda qədim alban məbədini ziyarət edib

Cəmiyyət A- A A+

Alban-Udi xristian dini icmasının üzvləri işğaldan azad edilən Xocavənd rayonunun Tuğ kəndinə səfər edib.

Səfər çərçivəsində dini icma üzvləri Tuğ kəndindəki qədim alban məbədini ziyarət ediblər. İcma sədri Robert Mobili və dini icma üzvləri alban məbədində Pasxa bayramı münasibəti ilə ilk dəfə dini ayin icra edib, dualar oxuyub, ibadət edədək şamlar yandırıblar.

Hazırda dini icma üzvləri ərazidəki tarixi abidələrə baxış keçirirlər.

 
 
 
 
 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...